menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Gizli rüşvət, aşkar peşkəş

11 0
previous day

Hatəmxan ağanın müsyö Jordana dediyi söz yadınızdadırmı? Əl-əlbət, yadınızda olar.

Bəlkə indiki cavanlar bilməz, amma Z nəslindən əvvəlki S (sovet) nəsli yaxşı bilər. O vaxtlar orta məktəbdə “Ədəbiyyat müntəxəbatı” dərsliyində ölməz ustadımız Mirzə Fətəlinin şedevr əsərini - "Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və dərviş Məstəli şah Cadükuni-Məşhur" pyesini keçirdilər.

Hələ onun filmi də var: “Dərviş Parisi partladır” (Yaxşı ki, filmə lakonik ad qoyublar, yoxsa vallahi, pyesin adını deyərkən, adam gərək iki dəfə nəfəs dərsin).

Bax, o pyesdə və filmdə Hatəmxan ağa Firəngistandan (indiki Fransa) qonaq gəlmiş müsyö Jordana Fransa və Qarabağ elatının arasındakı fərqləri sadalayarkən deyir: “Bizlərdə aşkarə peşkəş almaq var, onlarda gizlin almaq”. Söhbət bu barədə olacaq.

Amma Hatəmxan ağanın cəmiyyətlər arasındakı fərqləri xırdalayarkən dediyi “bizlərdə çox arvad almaq adətdir, onlarda çox kişi almaq” sözünün artıq aktuallığını itirdiyini də yazmaq lazım. Namxuda olmasın heç, bu fərq bir xeyli aradan qalxıb. Yeri gəlmişkən, dünən vaxtilə FHN-in yanğınsöndürmə idarəsində təxminən o işlərə baxan........

© Müsavat