Bəd proqnozları yandıran “Qarabağ”
Hər işimiz belədir: ölçüləri mütləq köhnə meyarlarla götürərik, elə bilərik, indiyə qədər necə olubsa, yenə elə olacaq. Və bir xeyli halda yanılarıq.
1992-ci ilin apreli idi, Ayaz Mütəllibov prezidentlikdən istefa vermişdi, yeni seçkilər təyin edilmişdi, namizədlər göstərilirdi. Biləsuvarda qonaq idik, özünü təcrübəli və daha ağıllı adam kimi göstərən ev yiyəsi müdrik-müdrik deyirdi, hamısı boş şeydir, partokratlar hakimiyyəti verməz, Yaqub Məmmədov prezident seçiləcək.
Onun o sözünün üstündən 1 ay keçdi, Yaqub Məmmədov prezident seçilmədi, hətta parlament sədrliyi vəzifəsini də tərk etdi, dedi, işləmirəm. Adam acıq edib, getdi və düz elədi. Süpürləşmə işi ilə arası yox idi müəllimin. Üstəlik, adını pis-pis işlərdə hallandırmağa başlamışdılar, yüzlük dollar əskinasının üstündə şəklini kollaj edib yayanlar vardı. Adam vəzifədən gedən kimi həmin əskinaslar əvvəlki vaxtına qayıtdı.
Ancaq onun prezident seçiləcəyini hamıdan ağıllıymış kimi yüzdəyüz əminliklə söyləyən adamı bir daha görmədim. Görsəydim də, “bə nə oldu” deməyəcəkdim, amma öz izahatı maraqlı ola........
© Müsavat
