“Sevgimiz elə bu qədərmiş” vaqiəsi - Olqanı "biş
10-15 il öncə idi, rəhmtlik əməkdaşəmız Səbuhi Məmmədli adəti üzrə Moskva tərəfləri gəzib, dolaşıb qayıtmışdı vətənə və təəssüratlarını bölüşürdü, deyirdi, əvvəlki kimi deyil, rusların bizə münasibəti xeyli pisləşib.
Başqa bir həmkarımız onun bu sözünün qarşısında ritorik-ritorik dedi ki, Allah qoymasa, onların bizə münasibəti nə vaxt yaxşı olub ki. Səfərdən pəjmerdə qayıtmış dostumuz qismən razılaşdı, əlavə etdi ki, indi tamam pisdir, cələkəsən soydaşlarımız adımızı tamam batırıblar.
Sonra o, detallara keçdi, danışdı ki, məsələn, artıq azərbaycanlıların kirayə ev tapması xeyli çətinləşib, bizimkilərə mənzil verənlər peşman olur, çünki evi ya darmadağı edirlər, ya pritona döndərirlər, ya da saxta sənədlərlə kiməsə satıb aradan çıxırlar və s.
Hətta bir babulya həmkarımıza deyib ki, bax, gör, sənin yerlilərin nə ediblər. Bu da baxıb. Aydın olub ki, ürəyi kabab istəyən soydaşlarımız kömür alıblar, hamamdakı şirələnmiş vannada manqal düzəldib kabab bişiriblər, hamamı, mətbəxi, bütün mənzili tüstü, his basıb.
Ona görə də o “millətin adını batıran” həmvətənlərimizdən gileyli idi, deyirdi ki, adam ölkədən çıxanda gərək xalqını da fikirləşsin, başqa........
