Əlövsət kişinin iqlimi dəyişdirməsi – 40 il əvvə
Sizi bilmirəm, mən iqlimin süni şəkildə dəyişdirilməsi, süni quraqlıq yaradılması, süni sel təşkil edilməsi söhbətinə inanıram.
Bunun necə edildiyini hələ 40 il bundan qabaq öz kəndimizdə görmüşəm.
Bizim kənddən 4-5 kilometr aralıda, Quruçayın qırağında topxana vardı, üç dənə də doludağıdan topa malik idi. Topxananı Əlövsət kişi işlədirdi. Məqsəd 1000 hektara yaxın üzüm plantasiyasını hər ilin may ayı üçün xarakterik olan dolu yağıntısından qorumaq idi.
Dolu zırıltı şeydir, altına düşməyən bilməz. Bəzi yerlərdə o, xırda, Məkkədə şeytana atılan və 7 dənəsi 100 dollara satılan daşlar kimi xırda, fındıq boyda ola bilər, amma dağətəyi rayonlarda qoz boydası olur. Dolu yağışı 5-6 dəqiqə çəkir, amma ağaclarda yarpaq, çiçək, sarfa meyvə qoymur, bəzən budaqları da qırır, tökür.
Ona görə də biz ölkə olaraq ittifaqa 3 milyon ton üzüm vermək üçün məcbur idik ki, üzümlükləri doludan qoruyaq. Yoxsa Kalininqraddan Kuril adalarına qədər sovet xalqı şərab adına nə içərdi?
Bizdə bu işə Əlövsət kişi baxırdı, öz toplarıyla sovet sənayesinin istehsal edəcəyi şərab məhsullarının xammalını qoruyurdu.
1986-cı ilin bu vaxtlarıydı, Ukraynada........
