Biz onları Qarabağa niyə apardıq: Azad olunan to
Azərbaycanda fəaliyyət göstərən diplomatlar AZAD OLUNAN TORPAQLARIMIZA səfər ediblər.
Onları Prezidentin köməkçisi Hikmət Hacıyev müşayiət edir. Hikmət bəyin səfərin ilk günü ilə bağlı şəxsən paylaşdığı video-xülasə çox xoşuma gəldi! Sosial mediada da çoxsaylı və olduqca pozitiv kadrlar yayılır. Azad olunmuş torpaqlarımızı diplomatik korpusun gözü ilə izləyirik, sanki! Sanki səfirlərin, diplomatların gözü ilə özümüzə, Zəfərimizin və işimizin nəticələrinə baxırıq! Və onların bizə heyran qalmasına heyran qalırıq!
Bu görüntülər həm də bizə altı il ərzində keçdiyimiz inanılmaz yolun miqyasını göstərir. Çünki insan hər gün gördüyü böyük dəyişikliklərin əzəmətini bəzən tam duya bilmir. Amma kənardan gələnlərin baxışındakı təəccübü, heyranlığı görəndə dayanıb bir daha düşünürsən: Azərbaycan nə qədər böyük bir iş görüb, dövlətimiz hansı mümkünsüz görünən hədəflərə çatıb!
6 il əvvəl elə bu zamanlar bu səfirlərin təmsil etdikləri dövlətlərin bəziləri Azərbaycana qarşı bəyanatlar verir, onu torpaqlarını geri qaytarmaqdan yayındırmağa çalışırdılar. Onların içərisində birbaşa Ermənistana dəstək olanlar da vardı. Sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsinin hər günü həm də diplomatik savaşla keçirdi!
Ordumuz səngərdə vuruşduğu zaman Prezident İlham Əliyev dünyanın ən böyük informasiya platformalarında Azərbaycanın haqq savaşını aparırdı. Xarici jurnalistlərin qərəzli sualları, müxtəlif paytaxtlardan gələn təzyiqlər, hədələr, müharibəni yarımçıq dayandırmaq cəhdləri bir-birinin ardınca gəlirdi. Azərbaycan həm döyüş meydanında, həm diplomatik masada, həm də informasiya cəbhəsində ağır bir savaşın içindəydi.
Lakin bu dövlət artıq otuz il əvvəlki Azərbaycan deyildi. Qarşısında nə........
