menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Zelenski ağlamasın, neyləsin?

14 0
yesterday

Bu, Ukraynaya kapitulyasiya təklifi deyil, ölkəni sındırmaq cəhdi də deyil, darmadağın olmuş ölkəyə, dərbədər düşmüş xalqa "ömürlük" cəza kəsməkdir

Zelenskinin britaniyalı teleaparıcı Stiven Bartletə son müsahibəsində ağlamasını Rusiya televiziyaları növbəti artistlik hesab edib, lağa qoydular. Vaxtilə Putin də növbəti dəfə prezident seçiləndə stadionda çıxışı zamanı emosiyalarını saxlaya bilməmişdi. Amma o zaman da Putinin yanağına süzülən yaşın xüsusi effektlə yaradıldığı iddia olunurdu. Yəni beşinci ilinə az qalan müharibədə hər iki tərəfdə yüz minlərlə ananı, gəlini, uşağı gözüyaşlı qoyan bu iki liderin səmimiyyətinə şübhə edənlər haqsız sayılmazlar.

Mənə qalsa, Zelenskinin də, Putinin də savaşdan yorulduqları onların donuq gözlərindən hiss olunur. Putin son beş ildə xeyli qocalıb, üzündəki qırışların sayı artıb. Artıq belə qüsurları tibbin köməyi ilə də gizlətmək mümkünsüzdür. Zelenski isə bu müharibə illərində çox yaşlanıb və böyüyüb, üzündəki komik aktyor cizgiləri korşalıb, kişiləşib. Bu sifətlə onun danışdığı ən gülməli lətifəyə belə indi heç kimin dodağı qaçmaz...Aydındır ki, savaşı yarıda tərk etmək anlaşılmaz, hətta bağışlanılmazdır. Amma hansı variantda bu postu tərk etsən........

© Müsavat