İranla müharibənin 10-cu günü-kim udur, kim uduz
Xəritədə Xəzərsahili ölkələrdəki qonşularımıza baxın, “dəniz niyə quruyur” sualının bir cavabı da oradadır...Adam uzaq Mavritaniyada yaşasaydı, ABŞ-nin İsraillə birgə başladığı müharibəni telekanallarda emosiyasız izləyər, savaşın hələ nə qədər davam edəcəyi sualından narahatlıq keçirməz, prezident Donald Trampın İranın hətta parçalana biləcəyi bəyanatına isə ümumiyyətlə, əhəmiyyət verməzdi. Amma təəssüf ki, dünyanın danışdığı müharibələrin ikisində də adı keçən ölkələr bizimlə qonşudur. Rusiya Ukrayna ərazisində 4 ildir işğalçı müharibə aparır. İranla savaş isə 10 gündür sərhədimizin o biri üzündədir. Savaş bütün İrana yayılmayıb, amma Naxçıvan dronlarla vurulub, ola bilsin, tezliklə qonşu dövlətə raket zərbələrinin səsləri sərhədimizdən daha aydın eşidilsin... Qonşu sarıdan heç bəxtimiz gətirməyib- biri 30 il torpağımızı işğalda saxladı, biri hər zaman torpağımıza göz dikir, biri isə imperiya yuxularından hələ də ayıla bilmir. Xəritədə Xəzərsahili ölkələrə baxın, “dəniz niyə quruyur” sualının bir cavabı da oradadır. Yəni bizim qonşu sarıdan bəxtimiz gətirməyib (Naxçıvana sərhəd Türkiyə istisna), amma bu taleni dəyişmək də qeyri-ümkündür, ona görə nə olursa-olsun, bu ətraf və “dərdlə”........
