Tramp heç ağıllı adama oxşayırmı?..
Qoca prezident Baydeni hər dəfə ekranlarda görəndə fikirləşirdim ki, İlahi, ABŞ seçicisinə nə olub, az qala, 300 milyon əhalisi olan bir ölkədə nsibətən cavan, enerjili adam yox idimi?
Qoca orientasiyanı belə müəyyyən edə, fiziki koordinasiyasnı tənzimləyə bilmirdi, sağa dönmək istədiyi halda bir də görürdün sola dönürdü və yaxud əksinə!.. Adam ya dəhşətli dərəcədə xəstəydi (səhv etmirəmsə, belə bir xəstəlik də var), ya da artıq tamamilə qoçalmış bir insan idi.
Bunu müşahidə etmək belə ağır idi. Birincisi, ona görə ki, az qala, dünənə qədər hamımız demokratiyayla, seçkiylə bağlı məsələrlərdə ABŞ-ı və amerikalıları bir növ etalon sayırdıq, amma Baydenə baxanda ağlımızdan bircə sual keçirdi: budurmu dünyanın ən demokratik ölkəsində ən ayıq-sayıq seçicilərin seçimi?
Hərçənd, vaxtilə ABŞ sosioloqlarının orta statistik amerikalı haqda gileylərini az oxumamışdıq. Məsələn, əfqan müharibəsilə bağlı aşkar danışılmağa başlayanda amerikalı sosioloqlar gileylənirdi ki, bəs orta statistik ABŞ vətəndaşı hətta xəritədə Əfqanlstanı harada axatarmağı belə bilmir! Yaxud seçki texnoloqları yazırdılar ki, insanlarda seçkilərə maraq getdikcə tamam azalır və s. və i.
Amma bütün bunları azsaylı qərbli demokratlar-ictimai fəallar və belə prosesləri az da olsa, stimullaşdırmağa çalışan müxətlif institutlar nisbətən kompensasiya edirdi, hansıların ki, sayəsində, məsələn, post-sovet məkanında “üçüncü sektor” deyilən və sonradan elə həmin post-sovet ölkələrinin bəzisinin avtoritar hakimiyyətləri tərəfindən iflic edilən ictimai strukturlar yaranmışdı.
Fəqət, hər dəfə qoca Baydenə baxnda istər-istəməz yadımıza sovet dövürünün ən durğun çağı, Brejnev çağları düşürdü: eynilə çarəsiz bir ölü qoca, hətta danışığı belə anlaşılmayan tamam huşsuz, ətrafda baş verən hər şeyə etinasız, onunçün qurulan növbəti səhnənin nə vaxt bitəcəyini belə gözləməyə gücü və səbri çatmayan canlı bir müqəvva...
Bəli, bütün bunlar milyonlarla insanı bir gün küçələrə, meydanlara çıxardı ki, son qoyulsun bu eybəcərliklərə! Amma böyük hesabla nə üçün? Demokratiyanın beşiyi sayılan ABŞ-da daha bir müqəvvaya, siyasi cəsədə-qoca Baydenə tamaşa etmək imkanı qazanmaqçünmü?..Bəli, məsələnin dəhşətli tərəfi bu idi və az qala, cəmi dünyanın demokratları üçün təsəlli də yalnız bu idi ki, əslində ABŞ-ı kimin idarə etməsinin elə bir əhəmiyyəti yoxdur, ölkənin mükəmməl siyasi-iqtisadi sistemi var.
Amma beləydimi? Mənə elə gəlir ki, yox! Düzdür, demokratiyanın özündə çox şeyləri tənzimləyən mexanizmlər var və onlar axmaq təşəbbüskarları öz fantaziyalarına çox meydan verməkdən çəkindirir.
Bu cür hallar neçə dəfə indiki prezident Donald Trampla bağlı da........
