menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Ölümdən əvvəl ölməmək üçün...

28 0
02.10.2026

Rastımıza yaxşı şey də təsadüfən-təsadüfə çıxar. O gün dilxor-dilxor mövzu axtarırdım. Dünyanın normal ölkələrində normal jurnalistlər adətən problem axtarırlar. Biz isə mövzu axtarırıq, çünki peşəmiz baş girələməkdir. Beş–üç mövzu yazıb beş–on manat almaq və növbəti həftəyə, ya aya qədər bir təhər girələnmək. Nəyimizə lazımdır problemə bulaşmaq, problemlərin sayını bir az da artırmaq – özümüz üçün də, həmkarlarımız üçün də?..

Qərəz, mövzu axtarışında bir həmkarın yazısından oxudum ki, gələn həftə müəllimlər günü olacaq. Paho! Bundan da gözəl mövzu? Nə qədər istəyirsən, döşə müəllimin qabırğasına, kimə nə dəxli? Gözümü açandan görmüşəm ki, “müəllim” ən fağır, yazıq adama deyərlər. Hətta sovetin vaxtında bazburtlu adamlara “filankəs müəllim” yox, “yoldaş filankəsov” deyərdilər, kim idi müəllimi sayan?

Elə sovetlər hamıdan əvvəl məktəb və müəllimlər üçün əcəl zəngini çalmadımı, onu hörmətdən salmadımı? Bəli,........

© Müsavat