menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

O vaxt da Polşadan başlanmışdı...

13 0
previous day

Ötən həftə siyasi proseslərin trayektoriyası sanki Rusiya-Ukrayna müstəvisindən ayrılaraq bir az fərqli, Yaxın Şərq, daha doğrusu, İsrail-Qətər istiqamətinə keçmək istədi. 

Amma Moskvanın indi də Varşavaya qarşı törətmək istədiyi hərbi akt yenidən diqqətləri bu istiqamətə qaytardı; nəinki postsovet məkanı, hətta NATO ölkələri də ciddi bir narahatlıq yaşadı, məşhur 5-ci maddə olmasa da 4-cü işə düşdü. 

Xoşbəxtlikdən qısa həyəcanlanmadan sonra eskalasiya inkişaf etmədi və gərginlik sanki müəyyən həddə donub qaldı.

Maraqlısı nədir? Kremlin növbəti hərbi təxribatı NATO ölkələri üçün bəlkə yenilik idi, amma böyük əksəriyyət üçün heç də belə deyildi. 

Ona görə ki, Polşa Rusiyanın keçmiş sosialist ölkələri arasında daim problem yaşadığı ölkədir. Varşavanın da adı ara-sıra Moskvanın hədə siyahısında hallanır. Hələ Ukraynadan əvvəl Moskva bu ölkəni NATO-nun hərbi, hətta nüvə infrastrukturunu özünün sərhədlərinə yaxınlaşdırmaqda ittiham edirdi. Bir neçə il bundan əvvəl........

© Müsavat