Niyə “Məkkə sazişi”ndən yazmağa tələsmirik?..
Ötən həfətinin ən maraqlı siyasi hadisələrindən biri sözsüz ki, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasındakı hərbi saziş oldu. Qəbul edək ki, bu, sadəcə, regional hərbi ittifaqdır, çünki bir anlığa təsəvvür edin: məsələn, xristian ölkələri də durub hərbi alyans yaratmaq fikrinə düşürlər. Bir görün, bizim üçün nə böyük problem yaranar!
Amma “Məkkə sazişi”lə bir araya gələn üç müsəlman dövləti xüsusi anti-qərbçilikləri və anti-xristianlıqlarıyla heç vaxt diqqətə gəlməyiblər, tamam əksinə, bunlar müsəlman aləmində xristian dünyasına, Qərb dövlətlərinə ən loyal münasibətlərilə seçilən ölkələrdir. Bəs saziş kimə qarşıdır və niyə məhz indi meydana çıxdı? Əslində çoxdan “ərəb NATO”-su, “türk NATO-su” haqqında söhbətlər gedirdi və “ərəb NATO-su”nu ərsəyə gətirmək istəyənlərdən biri də, səhv etmirəmsə, elə cənab Tramp idi.
Amma ərəblər üçün canfəşanlıq edən təkcə o, deyil, bizim sayın prezident Ərdoğan da ərəblər üçün, necə deyər, əldən–ayaqdan gedir... Bəs saziş niyə indi ərsəyə gəldi? Ağla gələn ilk məqam İranla müharibə olur, amma İranın indiki vəziyyətində durub bu üç ölkədən birinə hücum........
