menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Jurnalist niyə bütün sovet xalqından üzr istədi?

29 0
07.05.2026

Bəlkə də Azərbaycanda proseslər normal, təbii axarıyla getsəydi jurnalistikada da bir növ ixtisaslaşma olacaqdı. Deyim ki, artıq 90-cı illərin əvvəllərində qəzetlərdə belə şey vardı: nəinki iqtisadiyyat, humanitar, hətta “beynəlxalq siyasət” kimi bölmələr vardı. Yox, bu, o demək deyildi ki, sadaladığım mövzuda yalnız hansısa qrup jurnalistlər yazırdı, yox, qətiyyən, sadəcə, bu mövzuların əsas gündəlik yükünü məhz həmin şöbələr çəkərdi, ən azı gündəlik xəbərləri onlar hazırlayardı.

Əlbəttə, bu prosesin də başqa “incə nüans”ları da vardı, hansıların haqqında çılpaqlığıyla danışmağın vaxtı yetişməyib və heç məlum da deyil ki, nə vaxtsa yetişəcəkmi? Bəlkə də bizim gələcək hətta mətbuat tarixçilərimiz (belə şey qalacaqmı?) heç vaxt 20-ci əsrin yeni jurnalistikasının “mətbəx”indən, bu müstəvidə nələrin baş verdiyindən tamam xəbərsiz olacaqlar, kim bilir?..Belə “incəliklərdən” biri də bu idi ki, beynəlxalq jurnalistika təkcə sırf maraq sferası deyildi, bizdə heç vaxt, nə sovet dövründə, nə də sonralar peşəkar beynəlxalq jurnalistlər olmamışdı və yeni jurnalistikada da bu, daha çox o zərurətdən doğurdu ki, bu mövzuda da kimsə yazmalıydı və hərdən də kimsə bu sferaya daha çox ona görə həvəs göstərirdi ki, bu, həm də təhlükəsiz idi– axı hamı iç siyasətin yükünü daşıya bilmir, bunun yarada biləcəyi problemlərə ən azı, hazır deyildi...Amma bu mövzunun əvvəldən həm də spesifik tərəfi də vardı: siz, məsələn, formal olaraq Britaniyanın Aİ-dən çıxmasından yazanda bizim Azərbaycanın da Avropayla “problem”lərinə toxuna, hətta ciddi şəkildə araşdıra bilərsiz - əslində yaradıcı cəhətdən belə yanaşma daha maraqlıdır. 93-cü ildə ilk dəfə senzura deyilən dəhşətlə ciddi şəkildə üzbəüz qalanda bundan da bir “taktika” kimi istifadə edirdik. Bəzən senzorlar görürdü ki, yazının əvvəli, məsələn, Əfqanıstan haqqındadır, ona görə oxumurdular, halbuki ortadan Azərbaycanla bağlı mətləblər başlayırdı... İndiki dövrçün maraqlı ola biləcək daha bir misal da deyim. Çoxdan sevdiyim jurnalistimiz var, Allah canını........

© Müsavat