Ermənistan sevdalı İran mollaları...
Ermənistan nədir? O, bölgədə nəyi həll edir? Aydın deyilmi ki, bu bölgənin əsas “aktorları” ilk olaraq Rusiya (hələki!) və qardaş Türkiyə, daha sonra isə bizim Azərbaycandır? Üstəlik, məgər aydın deyilmi ki, hələ müvəqqəti olaraq problemlər yaşansa da, Türkiyə və Azərbaycanın siyasi faktor kimi bu geosiyasi arealda təsiri artmaqda davam edəcək?..
Ona görə də Ermənistanla xüsusi, “sıx münasibətlər” qurmağa can atmağa dəyərmi? Yoxsa bununla Tehran indidən bölgədə özünün hazırki anti-Qərb konfiqurasiyasıyla yanaşı, həm də gələcək anti-türk geosiyasi arxitekturasın qurmağa çalışır?..
Yaxud Belarusu götürün. Bu “izqoy” ölkə nəyi həll edir? Onun idbar-xortdan “siyasi lideri” Kremlin kölgəsində baş girələməkdən savayı nə bilir? Axı İran MDB, KTMT və Avrasiya İttifaqı kimi formatlarda təmsil olunmayıb ki, durub deyəsən bəs, onun Belarusbaşının “sözünə və mövqe”yinə ehtiyacı vardır!..
Doğrusu, Pezeşkianın son səfərlərinə diqqət edəndə ağlıma gələn ilk fikirlər bunlar oldu. Bilirsiniz, bir siyasi müşahidəçi, həm də şimallı azərbaycanlı kimi gizlətmirəm ki, indiki İran prezidentilə bağlı müəyyən ümidlərim var.
Amma otuz ildən çoxdur ki, siyasi analitiklik edirəm və elə də təcrübəsiz deyiləm.
Ona görə də hər dəfə Məsud bəy haqqında yazanda qeyd edirəm ki, nəticələrlə tələsmək, çox uzağa gedən ekstrapolyasiyalar qurmaq lazım deyil.
Ona görə ki, prezident Məsud Pezeşkian nəsə istəyə bilər, amma gəl, bütün bunları gerçək etməkçün gücü və iradəsi çatacaqmı, ən əsası da İran mollaları, onların........
© Müsavat
