Elçibəy, Qamsaxurdiya, Ter-Petrosyan və iyun...
Nə kiminsə bioqrafı olmaq fikrim var, nə də hansısa proseslərin, o cümlədən də post-sovet məkanında baş verən ilk hərəkatların tarixçisi – salnaməçisi olmaq. Rəhmətlik Səməd Vurğunun Vaqifi deyiridi ki, bu yurdun övladıyam mən də, az-az uydururam yeri gələndə! Onun sözü olmasın, bizim uydurmaq həvəsimizin də böyük tarixi kökləri var...
Konkret olsaq, qarşıdan iyun gəlir. Güman, hamı 1993-cu ildən nəsə yazacaq və burada qəbahət bir iş yoxdur, bir az təəssüfləndirici budur ki, yeni şey deyilmir. İlk baxışda bəlkə də deyilməlisi mümkün olanların artıq hamısı deyilibdir. Ola bilər. Amma bir dəfə yazmışdım ki, bizim antik tariximizdə bəzi məsələlərlə bağlı daha çox aydınlıq var, nəinki 40-50 il bundan qabaqkı tariximizlə... Prosesləri kompleks şəkildə, ansambl kimi götürəndə bəzi detalları daha yaxşı başa düşürsən. Eləcə də Cənubu Qafqazdakı. Bəli, Qamsxurdiya, Elçibəy və Ter -Petrosyan! Əbülfəz Elçibəy həm də ona görə qınanırdı ki, bəs AXC hakimiyyəti niyə heç olmasa, üç yox, cəmi bircə il çəkdi? Yaxşı, dostlar, Gürcüstanda Qamsaxudiyanın hakimiyyəti neçə il çəkdi? Əbülfəz Elçibəy qınanırdı ki, guya əvvəldən məqsədi hakimiyyətə Heydər Əliyevi gətirmək olub! Bəs Qamsaxurdiyadan sonra hakiməyyətə kim gəldi? Qamsaxurdiya da “Şevannadzenin adamı” idi yoxsa? Ya da bəlkə Qamsaxudiyanı da Şevarnadze özü devirmişdi?..
Detallara varmayacam, azı ona görə ki, onların çoxu sizin kimi elə mənim özümə də məlum deyil. İllərdir iyun hadisələrinin haqqında düşünəndə görürsən ki, burada Kreml izi də var, hətta qardaş Türkiyə izi də, üstəlik, mənə elə gəlir, o proseslər həm də neft qoxuyurdu. Bilmirəm, iddia edə bilmərəm ki, prosesdə “alfa”, ya “betta” vardı, ya yox, amma pis ssenariləşdirilməmişdi, həm də sonradan xeyli detal oldu ki, prosesin ondakı əsas “aktor”larının ciddi şəkildə Moskvayla bağlı olduqlarını deməyə əsas verdi. O ki qaldı qardaş Türkiyə faktoruna, əlbəttə, hər şeyin doğru-dürüstünü onda böyük siyasətin bilavasitə içində olanlar........
