menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Bütün İran, yoxsa Cənub Azərbaycanı?..

31 0
01.04.2026

İranın dəqiq demoqrafik statistikası bilinmir. Amma hamı cənublu türklərin və farsların sayca təxminən bərabər olduğunu deyir. Söyləyirlər ki, İranda 40, hətta 50 milyon türk var - dəqiq bilinmir, amma, hər halda, 30 milyondan az deyən yoxdur.

Bizim Şimal Azərbaycanındasa təxminən 10 milyon insanın olduğu bildirilir. İndi gəlin bir dərdimizə baxın! 10 milyon 30 milyonun (azı!) dərdini çəkir! Səbrli olun, fikrimi izah edəcəm. İnanın, heç yerdə belə şey yoxdur: görmüşdük ki, xalqın böyük əksəriyyəti tarixi vətənində, az hissəsisə qıraqlarda, kənarda yaşayar. Bu məntilqə bizim cənublular bizdən də əvvəl azad olmalı idi, biz onların yox, onlar bizim dərdimizi çəkməlidi ki, görək, bu biçarə10 milyonu da necə azad edək?..

Bunu giley kimi də qəbul edə bilərsiniz, istəsəniz, qınaq kimi də! Əlbəttə, quzeyli azərbaycanlıların güneylilərdən əvvəl dövlətə sahib olmasında bir az bəxt məsələsi də var: dünyada bəzi qlobal proseslər baş verməsydi, “soyuq savaş”dan sonra rus-sovet imperiyası çökməsəydi heç biz də azad olardıqmı? Odur, bunu həm də bəxtlə əlqaləndirərdik – bəli, biz quzeylilərin bir azca bəxti də gətirdi.

Amma hər şeyi tamam bəxtlə də yozmaq olmur. Dövləti elan etmək bir şeydir, saxlamaq başqa. Hələki saxlayırıq! Bəs Qarabağ? Yəni bunda da bəxtimiz gətirdi?

Yox, belə deyil! Quzey Azərbaycanı, əlbəttə ki, həm də qardaş Türkiyənin böyük dəstəyilə, Qarabağı da azad etdi, baxmayaraq, bu 30 ildə on milyonlarla soydaşımızın yaşadığı qonşu İran buna mane olmaqçün daha nələr etmədi! Dünənədək bura “Bakı respublikası” deyir, yatıb yuxuda nəsə görən kimi, hamıımızı “molla testi”ndən keçirməyə çalışırdılar...

Qərəz, ya bəxtdən, ya da qeyri səbəbdən, amma biz günyeli qaqdaşlarımızdan bir az qabağa düşdük və dövlətimizi qurduq. Bütün hallarda, kiçik də olsa, gənc də sayılsa, dövlət dövlətdir və onun verdiyi üstünlüklərdən, imkanlardan cənublu qardaşlarımıza da dəstək üçün istifadə etməliyik.

Məsələnin başqa ağrılı məqamları da var. Bundan da əvvəl, elə indi də İranla bağlı yazılanları çox diqqətlə oxumağa, dinləməyə çalışırıq. Bilirsiniz, siyasət adamı əksər hallarda “lazım olan”ın yox, “mümkün olan”ın ardınca getməli olur.

İran məsələsi də belədir. Hamı daha çox Cənubun azad olmasından danışır. Olsun! Amma bir........

© Müsavat