menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Zəngəzur dəhlizindəki rus hərbçilər və Paşinyanı

25 0
12.06.2026

Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı “havalanması” hələ Vaşinqton anlaşmasından – Tramp marşrutu barədə üçtərəfli razılaşmadan sonra bəlli idi, bu barədə 2024-cü ildən yazırıq. Ermənistanı üçtərəfli 2020-ci ilin 10 noyabr bəyannaməsinin sonuncu maddəsini icrasına vadar etməyə həvəsli olmayan Kreml bölgədə növbəti toqquşmalar törətməyə cəhd göstərirdi ki, “sülhməramlılar”ını azı 99 illiyə Zəngəzur dəhlizinin Meğri hissəsində yerləşdirsin. Bu həm də o demək olacaqdı ki, Gümrüdəki 102 saylı hərbi hissə ilə bağlı İrəvanla razılaşmanın vaxtı bitməyəcəkdi...

Azərbaycan dövlətinin sülh şərtlərinə Ermənistanın əməl etməsi, ikitərəfli formatda irəliləyişlərin əldə olunması, şərti sərhədlərin Rusiyanın xəritələrinə ehtiyac duyulmadan dəqiqləşdiriməsinə start verilməsi, qarşılıqlı anlaşmalar Rusiyanın hövsələsini çox daraltdı bu müddətdə. Budur, dövlət katibi Rubionun İrəvan hava limanına 1 saatlıq səfəri zamanı Ermənistanla ABŞ arasında imzalanmış Zəngəzur dəhlizi – Tramp marşrutu barədə növbəti razlaşmadan sonra Zəngəzur dəhlizi ilə bağlı heç də xoş olmayan xəbərlər yayılır. Əvvəlcə erməni nazir açıqlama verdi ki, dəhlizdə tikinti işlərinə ilin sonlarında başlanacaq...Daha sonra isə ermənistanlı jurnalist Jirayr Voskanyan Rusiyanın Zəngəzur bölgəsində hərbi mövcudluğunu artırdığı barədə xəbər yaydı. Jurnalist Meğri rayonunda yerləşən əsas yollarda Rusiya hərbçilərinin hələ də fəaliyyət göstərdiyini bildirərək qeyd edib ki, Ermənistan hakimiyyəti rus hərbçilərinin həmin ərazilərdən çıxarıldığını bəyan etsə də, onlar yerli və xarici vətəndaşlara qanunsuz olaraq müxtəlif məhdudiyyətlər tətbiq etməkdə davam edirlər. Voskanyan bildirib ki, seçkilərdən sonra Avropa ölkələrindən və Ermənistanın digər bölgələrindən Meğriyə gələn şəxslərin avtomobilləri Nüvədi kəndi (erm. Nrnadzor) istiqamətində Rusiya hərbçiləri tərəfindən saxlanılıb. Hətta Meğri qeydiyyatda olmayan Ermənistan və xarici ölkə vətəndaşlarından Nüvədi kəndinə daxil olmaq üçün xüsusi icazə tələb olunur. Sözügedən yol Zəngəzur dəhlizinin........

© Müsavat