Ter-Petrosyan ilan olub Paşinyanın boynuna sarıl
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan yenidən ortaya çıxıb. Eks-prezident xalqına sülh müraciəti edən və Azərbaycanın ərazi bütrövlüyünü tanıyandan sonra inqilaba qalxıb, onu devirmədiyinə görə təşəkkürünü bildirən baş nazir Nikol Paşinyanın fəaliyyətini müzakirə mövzusuna çevirib.
“Heç şübhəsiz ki, dəli olmayan hər bir dövlətin rəhbəri, ilk növbədə, öz ölkəsində sabitlik yaratmağa çalışır”, yazan Levon Ter-Petrosyan ardınca bunları vurğulayıb: “Bəs ölkəmizdə nələr baş verir? Son vaxtlar Nikol Paşinyan Ermənistana sığınan yüz mindən çox (?!-E.P.) Qarabağ sakininin ədalətli tələblərinə əsasən məzəmmət, təhqir, hətta bəzən kobud ifadələrlə cavab verir. Sonuncular çarəsiz halda yüzlərlə qapını döyür, lakin öz xahiş və tələblərinə layiqli cavab tapa bilməyərək etirazlarını kütləvi nümayişlər, oturaq aksiyalar, mitinqlər, küçələrin bağlanması və s.
Ter-Pterosyan Qarabağdan gedən ermənilərin sayı ilə bağlı “barıtı” çox qoyub. 2023-cü ilin bir günlük antiterror əməliyyatından sonra burnu belə qanamayan mülki ermənilər Azərbaycanın Laçında, Həkəri çayı üzərində qurulmuş sərhəd-buraxılış məntəqəsindən könüllü şəkildə gedərkən onların neçə nəfər olduqlarını son nəfərinədək hesablamaq imkanları olub və bu barədə tam dəqiq məlumata malikdir. Petrosyanın Qarabağ ermənilərinin real sayını azı 4 dəfə artırmaq cəhdi heç şübhəsiz ki, qəbulolunmazdır və yaxşı niyyətdən irəli gəlmir. Sələflərinə uyğun şəkildə faktları şişirtməyə meyilli olan keçmiş prezident daha sonra keçmişdə eşələnməklə yenə də tarixi hadisələri olduğu kimi, deyil, arzuladığı şəkildə təqdim etməyə çalışır.
Sitat: “Oxşar vəziyyət 1990-cı illərdə, Sumqayıtda, Kirovabadda (Gəncə) və xüsusən də Bakıda baş verən qırğınlardan (??-E.P.) sonra yüz minlərlə (?!) qaçqın Ermənistanda sığınacaq tapdığı zaman da mövcud idi. Hökumətimiz bu məsələni belə həll etdi: Ermənistan Respublikasının Xüsusi Proqramlar üzrə Dövlət Administrasiyası yaradılıb, ona Vladimir Movsisyan kimi böyük idarəetmə təcrübəsi olan, cəmiyyətin hörmət və etimadından bəhrələnən şəxs........
© Müsavat
