Qarabağı minalayan ermənilərin hamısı qırılıb? –
Ermənistanın baş naziri Nikol Paşinyan 8 avqust Vaşinqton anlaşmaları ilə bağlı Ermənistan xalqını, Azərbaycan xalqını təbrik etdikdən, Azərbaycan Prezidentinə zəng etdikdən sonra ABŞ liderinə də telefon açdı, tarixi sülh razılaşmalarına görə minnətdarlığını, sevincini ifadə etdi. Lap yaxşı, təki bundan sonrakı əməlləri də dediyinə uyğun gəlsin.
Amma...Bəlkə elə Paşinyanın Azərbaycan Prezidenti ilə telefonla danışdığı saatlarda idi, Xocavənd rayonunda daha bir mina partlayışı baş verdi...Yayılan məlumata görə, bu dəfə Qızılqaya kəndində nəzərdə tutulan işləri həyata keçirən traktor minaya düşüb. Şükürlər olsun, texnikaya zərər dəysə də, xəsarət alan olmayıb.
Amma nə vaxta qədər? Nikol Paşinyan niyə bu qədər mina partlayışlarını eşitmir, baş verən acınacaqlı hadisələri görmür, Bakıdan ünvanlanan xəbərdarlıqlara reaksiyası yoxdur? Təkcə 2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə mina partlayışları nəticəsində ümumilikdə 433 şəxs bu terrorun qurbanı olub, onlardan 73 nəfəri həlak olub, 360 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb! 1990-cı illərin əvvəllərindən bəri 3400-dən çox azərbaycanlı minalardan zərər çəkib! Təsəvvür edin, təkcə mina terroru ölkəmizə nə qədər ağır zərbələr vurub. Özü də mina terroru nəticəsində dinc sakinlərlə yanaşı, Azərbaycanın Milli Qəhrəmanı adını daşıyan qəhrəmanlarımız da şəhid olublar, çox sayda insanlarımız sağlamlığını itirib...İllər öncə həmsöhbət olduğum, iki qız atası olan, mina terroru nəticəsində hər iki ayağını itirmiş Qarabağ qazisindən hazırladığım yazını xatırladım: “Yuxularımda ayaqlarımı görürəm”.
Qarabağda ermənilərin basdırdığı minaların partalaması nəticəsində o qədər say-seçmə oğullarımız ayaqlarını partlayış........
