menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Pezeşkianın İrəvan səfəri ərəfəsində İranda Zəng

13 0
18.08.2025

Bu ilin 19 mayında Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrana işgüzar səfəri çərçivəsində İranın ali liderinin müşaviri, Xarici Əlaqələr üzrə Strateji Şuranın rəhbəri Kamal Xərrazi ilə görüşdə tərəflər kommunikasiyaların bloklanması məsələsini və Ermənistan hökuməti tərəfindən hazırlanmış “Sülh kəsişməsi” layihəsini müzakirə etmişdilər.

Həmçinin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla görüşdə də İran rəsmisi bildirmişdi ki, Tehran “düşmənlərin Ermənistanla strateji əlaqələrini pozmağa imkan verməyəcək”.

Əhmədian demişdi ki, “kənar qüvvələr bütün regionda sülhün olmasında maraqlı deyil”.

Budur, üstündən bir neçə ay keçib və İranın “qatı düşməni” ABŞ-nin prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan arasında sülh sənədinin paraflanması baş verib, həmçinin İrandakı şovinistlərin qorxulu röyası olan Zəngəzur dəhlizinin “Tramp yolu” adı altında açılmasına qərar verilib.

İran prezidenti Məsud Pezeşkian sabah, 18 avqustda Ermənistana səfər edəcək. Təsəvvür edin, may ayında Ermənistanın vaxtilə deyildiyi kimi, “iki qəpiklik” iddianı, “sülh kəsişməsi”ni müzakirə edən İran rəhbərliyi Azərbaycanın diqtə etdiyi şərtlərə uyğun olaraq Zəngəzur dəhlizi ətrafında müzakirələr aparacaqlar. Bu arada xüsusilə fərqləndirilməlidir: cənab Məsud Pezeşkianın Zəngəzur dəhlizi ilə bağlı qorxusu, narahatlığı yoxdur.

Prezident seçiləndən sonra Azərbaycana iki dəfə - Bakıya və Xankəndiyə - səfər edən Məsud bəy ilk açıqlamalarında da bildirirdi ki, əgər dövlətlərin ərazi bütövlüyü mübahisə mövzusu olmayacaqsa, o halda Zəngəzurdan narahat olmağa dəyməz. Azərbaycan Prezidenti ilə səmimi, yüksək səviyyəli danışıqlardan və reallığı doğru-düzgün qiymətləndirərək kommunikasiyaların bərpasının həm də İran xalqı və dövləti üçün əhəmiyyətli perspektivlər vəd etdiyinə inanaraq konkret mövqeyini ortaya qoydu.

8 avqust razılaşmasından sonra cənab Pezeşkian bəyan etdi ki, İran Zəngəzur dəhlizinin reallaşmasını region dövlətlərinin ərazi bütövlüyünü pozulmadığı təqdirdə dəstəkləyir. Ölkəsindəki radikalların hay-küyünə rəğmən Məsud bəy təmkinini pozmadan bildirdi ki, bu marşrutla bağlı İslam Respublikasının tələbləri nəzərə alınıb.

Sitat: “Marşrut mövcud sərhədləri qoruyur, nəqliyyat əlaqəsini təmin edir və Avropa və şimala tranzitə mane olmur”.

Düzdür, İran Prezidenti tikintidə Amerika və Ermənistan şirkətlərinin iştirakından narahatlığını da ifadə etmişdi. Amma hesab etmək olar ki, bu, sadəcə fars şovinistlərini də bir az sakitləşdirməyə yönəlik qeyd idi. Pezeşkian da yaxşı bilir ki, ABŞ-nin Ermənistanda varlığı çoxdan təmin........

© Müsavat