Paşinyanın Paris səhəri, Xocalıda partlayan mina
Nikol Paşinyan Parisdən paylaşım edib: “Sabahınız xeyir, gününüz xoş keçsin və hamınızı sevirəm”.
Həmişəki qaydada əllərini qoşalayıb, ürək forması da göstərib. Təbii ki, bütün bunların bizə dəxli yoxdur, erməni baş nazir soydaşlarına xitab edir. Amma Nikol Paşinyan guya ki, Azərbaycanla sülh tərəfdarıdır və hətta 8 avqust 2025-ci ildə əldə olunmuş Vaşinqton razılaşmalarının ildönümü münasibətilə cəmi bir ay əvvəl Azərbaycan xalqına da təbrik ünvanlamışdı.
Budur, Paşinyan kefikök paylaşımlar etdiyi anlarda Xocalıdan daha bir xəbər gəldi: ANAMA-nın əməkdaşı minaya düşüb!
Məlumata görə, hadisə rayonun Daşkənd kəndi ərazisində baş verib. ANAMA əməkdaşı kənd ərazisində minatəmizləmə işləri apararkən mina partlayışı baş verib. Bildirilir ki, agentliyin əməkdaşı, 1990-cı il təvəllüdlü Anar İftixar oğlu Həsənov xidməti vəzifəsini yerinə yetirərkən piyadaəleyhinə mina partlayışı baş verib və o, hadisə nəticəsində sol ayağından xəsarət alıb...
Azərbaycan Prezidenti İlham Əliyev bir həftə öncə Bakıda keçirilən “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciətində dəhşətli statisika barədə bunları söyləmişdi: “Vətən müharibəsinin bitdiyi 2020-ci ildən indiyədək mülki şəxslər, hərbçilər, minaaxtaranlar, jurnalistlər və yenidənqurma işlərində iştirak edən şəxslər də daxil olmaqla, 437 Azərbaycan vətəndaşı mina və partlayıcı sursat hadisələrinin qurbanı olub, nəticədə 73 nəfər həyatını itirib, 364 nəfər ağır yaralanıb”.
Ölkə başçısı əlavə etmişdi ki, ümumilikdə, Ermənistanın Azərbaycana qarşı təcavüzü başlayandan bəri 3 min 500-dən çox vətəndaşımız minalardan zərər çəkib. Onların arasında uşaqlar, qadınlar və digər mülki şəxslər də var ki, bu gizli təhlükə onların həyatına faciəvi təsir edib. Diqqət edin, dövlətimizin başçısının müraciətindən bir neçə gün öncə Prezidentin köməkçisi, Prezident........
