Paşinyan 907-ci düzəlişin ləğvinə çağırış edəcək
Bu gün Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyası öz işinə başlayır. Məlumata görə, 193 üzv dövlətin dövlət və hökumət başçılarını, xarici işlər nazirlərini və digər yüksəkvəzifəli rəsmiləri bir araya gətirən tədbir sentyabrın 22-dən 28-dək keçiriləcək. Azərbaycandan da Baş Assambleyada nümayəndə heyətinin iştirak edəcəyi açıqlanıb. Ermənistanın baş naziri Nikol Paşinyan isə artıq Nyu-Yorka yola düşüb. Sosial şəbəkədə bu barədə paylaşım edən Paşinyandan sonra baş nazirin mətbuat katibi Melanya Harutyunyan bildirib ki, hökumət rəhbəri sentyabrın 22–25-də Amerika Birləşmiş Ştatlarında işgüzar səfərdə olacaq. Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasının işində iştirak edəcək, BMT BA 81-ci sessiyasının yüksək səviyyəli seqmentində çıxış edəcək, görüşlər keçirəcək.
Öz işləridir, hara gedirlər, kiminlə görüşürlər. Amma bizə aid olan bir mövzudan bəhs etmək istəyirik. Güman ki, Nikol Paşinyan BMT kürsüsündən Azərbaycanla əldə edilmiş tarixi sülhlə bağlı da gəlişigözəl sözlər deyəcək. Hərçənd bu kürsü üzlər görüb, vaxt var idi Ermənistanın eks-prezidentləri, Qarabağ caniləri Şuşanın işğalında iştirak etdiklərini həyasızcasına beynəlxalq tribunalardan dilə gətirirdilər və onlara kimsə bir söz demirdi. Elə 6 il əvvəl Azərbaycan Prezidentinin BMT Baş Assambleyasına çağırışı nəzərə alınsaydı, 44 günlük müharibə də baş verməyə bilərdi...
İstərdik ki, Paşinyan bu dəfə yenə də sülh nağılları danışmasın. Ölkəsindəki revanşistlərin həyasızlığını, Azərbaycan kəndi Kərkidə “bağ” salmalarını görməzdən gələn Nikol Paşinyan elə zənn etməsin ki, nağılları ilə bizi inandıra biləcək. Qoy Paşinyan BMT tribunasından ABŞ-yə çağırış etsin ki, Azərbaycan Ermənistanı blokadada saxlamır, ona görə də Azərbaycana qarşı əsassız olaraq qəbul edilmiş 907-ci düzəlişi ləğv edin!!! Bu sanksiya qərarının qəbul edildiyi ölkədə belə bir çağırış edilməsi həm ədalətli olar, həm məntiqli, həm də Paşinyanın doğrudan da sülh tərəfdarı olduğunu nümayiş etdirərdi.
907-ci düzəliş 1992-ci ildə ABŞ Konqresi tərəfindən “Azadlığı müdafiə aktı”na əlavə edilən və ABŞ-nin Azərbaycana birbaşa dövlət yardımını qadağan edən qanunvericilik aktıdır. Ölkəmizə qarşı bu sanksiya erməni lobbisinin təşəbbüsü və konqresmenlərin çirkli pullarla ələ alınması nəticəsində qəbul olunmuşdu. Həmin ədalətsiz qərara görə Azərbaycanı iqtisadi və siyasi sabitliyi........
