O yol bizim yolumuzdur...
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında Zəngəzur dəhlizi ilə bağlı paylaşımı günün təsir hadisələrindən oldu. “Bir neçə həftə əvvəl Zəngəzur dəhlizinin dəmir yolu xəttinə aid videogörüntüləri paylaşmışdım. Bu gün isə dəhliz çərçivəsində inşa olunan yüksək sürətli avtomobil yolunun videosunu təqdim edirəm — bu layihə regionun gələcəyini formalaşdırır”, - Prezidentin köməkçisi qeyd edib. Videogörüntülər Zəngəzur dəhlizinin yüksək səviyyədə çəkilən avtomobil yolunu əks etdirir - qürurvericidir!
Qısa müddət ərzində Azərbaycan dövləti Zəngəzur dəhlizinin dəmir yolu xəttini çəkməklə yanaşı, avtomobil yolunun tikintisini də başa çatdırmaq üzrədir. Prezident İlham Əliyev son günlərdə elə Mərkəzi Asiya ölkələrində olduğu zaman Zəngəzur dəhlizi ilə bağlı xoş xəbəri çatdırmışdı. Artıq dəhlizin Azərbaycan hissəsinin tikintisinin başa çatdırılması ilə bağlı ayların gerisayımı başlayıb! Dövlət başçımız demişdi ki, uzağı 2026-cı ilin ortalarınadək dəhlizin Azərbaycan hissəsində tikinti başa çatdırılacaq!
Dəmir yolu xəttinin tikintisinə ölkəmizdəki diplomatik korpusun təmsilçləri də elə bu yaxınlarda şahidlik etmişdilər. Avtomobil yolunun çəkilişi də eyni sürətlə və keyfiyyətlə davam etdirilir. Artıq Ermənistan rəhbərliyi anlayır ki, Zəngəzur dəhlizinin qarşısını kəsmək mümkün deyil, əks halda, Ermənistan birdəfəlik batar! Baş nazir Nikol Paşinyan bu günlərdə bəyan edib ki, İrəvan ABŞ-la məşhur “Tramp marşrutu”nun – Zəngəzur dəhlizinin uzunmüddətli icarəyə verilməsi ilə bağlı iki variantı – 49 illik və 99 illik müddətləri – müzakirə edir. Onun sözlərinə görə, icarə müddətləri birbaşa olaraq ABŞ investorlarının yatırımlarına........





















Toi Staff
Gideon Levy
Tarik Cyril Amar
Sabine Sterk
Stefano Lusa
Mort Laitner
Mark Travers Ph.d
Ellen Ginsberg Simon
Gilles Touboul
John Nosta