Nikol Paşinyan, bəlkə 20 743 km-lik ərazini geri
2022-2023-cü illərdə Azərbaycanla sülh müqaviləsini imzalamağa hazır olduğunu deyən Ermənistanın Baş naziri Nikol Paşinyanın son açıqlamasını gördünüz? Hökumətin iclasında o bildirib ki, Azərbaycanla sülh müqaviləsini 2031-ci ilə qədər imzalamağa və ratifikasiya etməyə ümid edir...Hələ ümid edir, yəni bu, 2041 də ola bilər, 2051 də...
Beləliklə, Nikol Paşinyan bir daha özünün nə qədər ziddiyyətli, qeyri-dəqiq birisi olduğunu təsdiqlədi. Nağıllarına baxın! Guya Azərbaycanla sülh sazişinin imzalanması onun hökumətinin və şəxsən özünün ən mühüm vəzifələrindən biri imiş. Sitat: “Mən şəxsən özüm üçün konkret tapşırıq və qrafik müəyyənləşdirmişəm - 2031-ci ilə qədər bu məsələnin həllinə nail olmaq. Təbii ki, bu, həm də hökumətin və ümumilikdə bizim siyasi komandamızın vəzifəsidir. Lakin mən Baş nazir olaraq, bunu şəxsi gündəliyim baxımından da çox vacib hesab edirəm”.
Bu adam hələ “çox vacib” olanı 2031-ci ilə saxlayır, görün digər məsələlərə münasibəti necədir... Əslində, təəccüblü deyil. Bu, həm “Qarabağ Ermənistandır”, həm də “Qarabağ Azərbaycandır” deyən, 44 günlük müharibədən sonra Qarabağda Ermənistan ordusunun olmadığını iddia edən, sonra isə “əgər mən üçtərəfli bəyanata qol çəkməsəydim, indikindən üç dəfə çox itkimiz, 25 min əsir düşənimiz olacaqdı”, söyləyən də odur...Çoxsaylı paralellik aparmaq olar. Eyni vaxtda həm Rusiyaya, həm Qərbə sevgisini izhar edən, hər iki stulda oturmaq istəyən, şantaj siyasəti ilə hakimiyyətini davam etdirən qeyri-stabil adamdan nə gözləmək olar ki?
Bu, Avropada, Amerikada tribuna görən kimi........
