Kremldən icazəli uzaqlaşma və Ermənistan üçün “c
Rusiya ilə Ermənistan arasındakı “müharibə”nin ssenariləşdirilmiş bir tamaşa olduğunu əvvəllər də yazmışıq. Getdikcə daha çox təsdiqini tapır, ara-sıra qarşılıqlı “hərbə-zorbalar” olsa da... İnsafən, hər iki tərəf rolunu kifayət qədər məharətlə oynadı. “Dava” o həddə qədər gərginləşdi ki, Avropa təşkilatları Ermənistanı “pula bürüdülər”. Elə bu günlərdə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Rusiyanın təzyiqlərindən “əziyyət çəkən” Ermənistan üçün bazar elan etdi və üstəlik, yeni yardım paketinin anonsunu verdi...
Budur, Avropadan səfərlər həyata keçiriləndən, mümkün olanlar alınandan sonra Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın Rusiyaya səfərinin vaxtı və gündəliyi açıqlandı. Bildirilir ki, o, Yekaterinburqdakı “Innoprom” sərgisinə dəvət olunub. 6-9 iyul tarixlərində keçiriləcək “Sənaye 360: Sərhədsiz istehsal” adlı əsas plenar iclasda Nikol Paşinyanın çıxış etməsi nəzərdə tutulub. O da açıqlanıb ki, iclasda Rusiya baş naziri Mixail Mişustinin və digər ölkələrin nümayəndələrinin də iştirakı gözlənilir.
Belə... Nikol Paşinyan Rusiya baş naziri Mixail Mişustinlə telefonla danışmışdı. Rusiya hökumətinin mətbuat xidmətinin açıqlamasında bildirilirdi ki, danışıq Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub. Və “Hökumət başçıları ticari-iqtisadi, elmi-texnoloji və mədəni-humanitar sahələrdə Ermənistan-Rusiya əməkdaşlığının cari məsələlərini müzakirə........
