menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Kreml kimi seçəcək: rus dili kursuna gedən Paşin

32 0
18.09.2026

Deputat Sahib Alıyev Musavat.coma-a Samvel Karapetyan və Nikol Paşinyan arasında 450 gündən artıqdır davam edən çəkişmənin, rusiyalı erməni milyarderin məhbus həyatının maraqlı izahını verib. Deyib ki, əslində Paşinyan da Karapetyan kimi Rusiyanın tapşırıqlarını yerinə yetirməyə hazırdır, sadəcə o, Rusiyaya təklif edir ki, “İzin ver, Karapetyanların yerinə sənin nökərin olum, amma biraz sərbəst nökər olum”.

Çox maraqlı yanaşmadır və əslində vəziyyət məhz belədir. Əks təqdirdə Nikol Paşinyanın güya avrointeqrasiya tərəfdarı olması, ölkəsini Avropa İttifaqına aparacağı, eyni zamanda Rusiyadan qopacağı, Rusiyanın Gümrüdəki hərbi bazasını ləğv edəcəyi, KTMT-dən, Avrasiya İqtisadi Birliyindən çıxacağı ilə bağlı iddiaların heç bir əsası yoxdur.

Çünki o halda, onsuz da dalan vəziyyətində olan və Azərbaycanın son bir ildə dəstəyi nəticəsində - elə Paşinyanın da etiraf etdiyi kimi - bu dalandan çıxmağa başlayan Ermənistanın Rusiyadan qopması mümkünsüzdür. Üstəlik də Avropa İttifaqı hazırda Ermənistanda yalnız 209 nəfərlik yarım hərbi kontingentlə mövcuddur. Bir də hansısa bir layihələri, ayırdığı maliyyə vəsaitləri və s. ilə...

Paşinyan sadəcə şoumenlik edir. Necə ki, bu gün Almaniyaya haqq etmədiyi sülh mükafatını almaqdan ötrü uçarkən özünə rəqib olanların, müharibə partiyası təmsilçilərinin onun şəxsi təyyarəsinin olması ilə bağlı səsləndirdiyi fikirlərə bir ironik reaksiya verib və bildirib ki, babasından qalma təyyarə ilə uçub. Sonra da səhvən Frankfurta düşdüyünü........

© Müsavat