İrəvan Avropa İttifaqına “atıb” və Paşinyanın An
Türkiyənin Antalya şəhərində keçirilən COP31 sammitində iştirak etdikdən sonra götürüb pencəyinin cibinə qoyduğu bananı özü ilə birgə Antalya - Dublin - İrəvan - Pnompen marşrutu ilə gəzdirən baş nazir Nikol Paşinyan Rusiyadan aldığı bir dəvətin əvəzinə yaxın vaxtlarda üçünü reallaşdıracaq. Hələlik məlum deyil, Paşinyan bananı Rusiyaya da aparacaq, yoxsa yox? Amma görünən budur ki, Ermənistanın baş naziri Avropa Siyasi Birliyinin sammitindən sonra günahını yumaq istəyir. Axı, Rusiya ilə münasibətlərdə pomidor-xiyar gərginliyi də qurumun İrəvandakı sammitindən sonra başlamışdı. Bu günlərdə isə Ermənistana KTMT şilləsi deyəsən Paşinyanı silkələyib və Rusiya ilə razılaşdırılmış gərginlikdən kənara çıxdığını anlamağa başladığı üçün əfv diləməyi qərara alıb.
Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Məsələləri İnstitutundakı çıxışı zamanı ölkəsinin 20 ildən sonra Avropa İttifaqının (Aİ) üzvü olmasını istədiyini bildirib. Təəccüblüdür. Azərbaycanla sülh sazişini “istənilən zaman və istənilən məkanda imzalamağa hazır” olan Ermənistan rəhbərliyinin qəfildən 2028-2031-ci illərdən danışmasına bənzədi. Avropa İttifaqına üzvlüyü bu qədər uzağa “atmaq” Ermənistanın iradəsinin və seçimininmi nəticəsidir? Təbii ki, yox. Kreml “gözlərini ağardan kimi” avrointeqrasiya prosesini “geri sürdülər”. Nə olsun ki, Ermənistan parlamenti ölkənin Aİ-yə üzvlük prosesinə başlanması haqqında qanunu 2025-ci ilin martında qəbul edib. Nə olsun ki, Paşinyan daha əvvəl də........
