menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Bir Zirvədə neçə-neçə zirvələr fəth etmək siyasə

20 0
13.11.2026

Əslində Azərbaycan Prezidentinə göstərilən yüksək diqqət və simpatiya baxımından “Avropa Siyasi Birliyi”nin Dublin sammiti COP31-in Antalya sessiyasından başlamışdı. Diqqətli izləyicilər dövlət başçımıza Avropa ölkələrinin liderləri daxil, bir çox dövlət və hökumət başçılarının şəxsi simpatiyasını ifadə etdiklərini məmnuniyyətlə izləyiblər yəqin...

Növbəti səfərdə - İrlandiyanın paytaxtı Dublində öz işinə başlayan Avropa Siyasi Birliyinin 9-cu sammitində və sammit çərçivəsində keçirilən ikitərəfli görüşlərdə də hər birimiz yüksək münasibəti müşahidə etdik. Əslində artıq bu mənzərə bizim üçün yenilik deyil, illərdir davam edən münasibətlərdir.

Avropa ölkələrinin Azərbaycana marağının artması Prezident İlham Əliyevin yüksək şəxsi nüfuzu, ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi, ilk növbədə regional və qlobal məsələlərin həllində rolunun genişlənməsi ilə bağlıdır. Bu maraq dövlət və hökumət başçılarının, Avropa İttifaqının yüksək vəzifəli nümayəndələrinin Azərbaycana səfərlərində, Prezident İlham Əliyevlə görüşlərində və yeni əməkdaşlıq təşəbbüslərində özünü göstərir. Azərbaycanın coğrafi mövqeyi, qovşaq missiyasını həyata keçirməsi, böyük potensialı, getdikcə artan geosiyasi çəkisi, təhlükəsizlik aritektirasına sahiblənməsi, nəqliyyat və logistika dəhlizlərinə malik olması, enerji resursları, nəhəng “yaşıl enerji” imkanları ölkəmizi Avropa üçün daha da cəlbedici edir. Amma paralel şəkildə İlham Əliyev personası dövlətimizə və dövlət başçımıza olan diqqəti bütün beynəlxalq platformalarda artırır. Bu mənada 2022-ci ilin oktyabrında təşkilatın təməlqoyma prosesində Azərbaycanın yer alması tamamilə məntiqəuyğun idi. Xatırlatmaq yerinə düşər, məhz tədbir çərçivəsində keçirilən dördtərəfli görüşdə Ermənistan rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünü tanıması dövlət başçımızın bütün təşkilatlarla münasibətlərin təməlində dövlətimizin və millətimizin maraqlarını önə sürdüyünü bir daha təsdiqlədi. Necə ki, hələ işğal illərində Avropa İttifaqı ilə münasibətlərin qurulmasında Azərbaycanın ərazi bütövlüyünün tanınmasının vazkeçilməz şərt olduğunu görüşlərdə birmənalı bəyan edirdi. Ən kritik məqamlarda belə milli maraqlardan zərrə qədər geri çəkilməyən Liderə simpatiyanın olması təbiidir.

Müstəqil siyasət sürüdən Azərbaycanın qatıldığı “Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ölkələri ilə siyasi dialoqunun, enerji, nəqliyyat və digər sahələrdə........

© Müsavat