menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Bakıdan İrəvana SON XƏBƏRDARLIQLAR – Paşinyan üç

26 0
09.09.2026

Xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçirilən beynəlxalq tədbir çərçivəsində jurnalistlərə Ermənistanla münasibətlərin perspektivləri barədə mühüm açıqlamalar verib. Azərbaycan baş diplomatı bildirib ki, ermənistanlı həmkarı Ararat Mizoyanla Bişkekdəki son görüşündə ikitərəfli görüşlərin davam etdirilməsi razılaşdırılıb. Nazir eyni zamanda delimitasiya prosesi ilə bağlı Azərbaycan və Ermənistanda yaradılmış komissiyaların apardığı işlərdən bəhs edib. Bildirib ki, delimitasiyanın şimaldan cənuba doğru aparılması razılaşdırılıb, artıq bununla bağlı prinsipial qərarın olduğunu açıqlayıb.

XİN başçısının dediklərindən belə məlum olur ki, sərhədlərin təqribən 13 kilometrlik hissəsinin dəqiqləşdirilməsindən sonrakı uzun fasilədən sonra nəhayət, delimitasiyanın “don”u açılacaq və nəhs 13 rəqəminin səddi aşılacaq. Delimitasiya prosesinin şimal sərhədlərindən, Azərbaycan, Ermənistan və Kürdistanın kəsişmə nöqtəsindən başlaması, şimaldan cənuba doğru davam etdirilməsi çox mühüm məsələdir və bu, Cənubi Qafqaz ölkələrinin konsolidasiyası üçün də önəmli faktordur.

Azərbaycanın xarici işlər naziri həmçinin Ermənistanla sülh sazişinin paraflanmasından sonrakı proseslə bağlı vacib xatırlatmalar edib.

Beləliklə, Ermənistanda referendum keçirilməli, yeni konstitusiya qəbul edilməlidir! Nazirin bu xatırlatması ciddi məsələdir və rəsmi İrəvan məsələnin ciddiliyini nəzərə almalıdır!Çünki Azərbaycan xarici işlər nazirinin qeyd etdiyi kimi, rəsmi Bakı prosesin tam başa çatdırılması, sülh sazişinə son imzanın atılması üçün nəticəni gözləyir. Təbii ki, bu gözlənti sona qədər ola bilməz. O mənada rəsmi İrəvan........

© Müsavat