Bakıdan edilən “kövrək sülh” xəbərdarlığı, Ərdoğ
Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır!” Bu, “Qarabağ Azərbaycandır. Nida”, bəyanat-xəbərdarlığına bərabər ismarıcdır, İrəvana ünvanlı “ağlınızı başınıza yığın” xəbərdarlığıdır! Azərbaycanın məşhur xalq məsəli var, deyəsən, hay tayfası onu oğurlamağa vaxt tapmayıb. Deyir “Adın nədir - Daşdəmir, yumşalısan, yumşalı!”
Ermənistan rəhbərliyi son bir neçə saatda “val”ı necə dəyişdilərsə, çoxları mat-məəttəl qaldı. Tipik erməniçilikdir: bir balaca boş buraxan kimi, şir-pələngə dönürlər, elə ki, Dəmir Yumruğu xatırlatdın, özləri deyirlər ki, “Allah haqqı erməni millət deyil”. Xülasə, son həftələrdə Ermənistanın baş naziri Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan və digərləri bir-birinin ardınca əzələ nümayiş etdirməyə cəhd göstərirdilər. Paşinyan deyirdi Ermənistan 2031-ci ilədək sülh müqaviləsinin imzalanmasını hədəfləyir, Mirzoyan da Zəngəzur dəhlizinin əhəmiyyətini azaltmağa yönəlik mənasız fikirlər səsləndirirdi. Budur, “U dönüşü”, özlərini təkzib etməkdədirlər.
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanma müddəti ilə bağlı ritorikasını və əvvəlki mövqeyini kəskin şəkildə dəyişib. Paşinyan prosesi illərlə uzatmaq niyyətində olmadığını bəyan edib. Sitat: “Bizim vəzifəmiz sülh sazişini mümkün qədər tez imzalamaqdır. Onu 2031-ci ilə, hətta 2029-cu ilə qədər təxirə salmaq bizim planlarımıza daxil deyil. Bu, sadəcə müəyyən zaman tələb edən bir prosesdir”.
Belə yerdə başqa bir söz də deyirlər: “Adamın əli üzündə qalır”. Cəmi bir neçə gün bundan əvvəl Paşinyan sülh sazişinin imzalanması və ratifikasiyası üçün 2031-ci ili əsas hədəf göstərmiş və bunu özünün “şəxsi gündəliyi” elan etmişdi. Bu o günlərdə idi ki, Türkiyə və Azərbaycan arasında müəyyən narazılıqlar salmağa, aranı soyutmağa, körpüləri yandırmağa yönəlik təxribatçı plan işə salınmışdı. İstanbul və Ankaradakı diplomatik nümayəndəliyimizin qarşısında başlanan təxribatçı aksiyalar daha sonra Almaniyada davam etdi, Azərbaycan-Türkiyə münasibətlərini zədələməyə çalışanlar əllərindən gələni etdilər.........
