Arpa çayı aşdı-daşdı, “Axuryan” yox! Və ya 11 əs
Günün xəbərlərindən biri Türkiyə - Ermənistan münasibətləri ilə bağlıdır. Son günlər yaşanan nigaranlıqlar fonunda bir gözümüz o tərəflərdədir axı… Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu bildirib ki, Türkiyə Ermənistanla sərhəddəki Axuryan (Arpaçay - red.) çayı üzərində yerləşən tarixi Ani körpüsünün bərpası üzrə tender prosedurlarını yekunlaşdırıb.
“Habertürk” nazirin bu sözlərini sitat gətirib: “Biz Türkiyə və Ermənistan sərhədində yerləşən tarixi Ani körpüsünün bərpası üzrə tender prosesini başa çatdırdıq”.
Uraloğlunun sözlərinə görə, körpü Qars əyalətindəki “qədim Ani şəhəri”nin yaxınlığında yerləşir və X əsrdə Böyük İpək Yolunun marşrutu üzərində tikilib. Öz dövründə o, vacib sərhəd-keçid məntəqəsi və Şərqlə Qərb arasında ticarətin əsas keçidlərindən biri kimi xidmət edib. Günümüzə qədər qurğunun yalnız dayaqlardan ibarət qalıqları gəlib çatıb.
Məlumat üçün bildirək ki, körpünün ilkin uzunluğu 80 metr, eni isə səkkiz metr olub. Onun 31 metrlik tağı 1807-ci il oktyabrın 16-da uçub. İstisna deyil ki, bölgədəki müharibələr zamanı uçurulub…İndi ondan yalnız sərhədin hər iki tərəfindəki dayaqlar qalıb.
Türkiyəli nazir vurğulayıb ki, Ani körpüsünün (X-XI əsrlər) birgə bərpası haqqında protokol 2026-cı il mayın 4-də imzalanıb. Bərpa işlərinin aparılması üçün tender 2026-cı il sentyabrın 16-da keçirilib, sentyabrın 28-də isə müqavilə imzalanıb. İşlər Türkiyə və Ermənistanın əməkdaşlığı çərçivəsində həyata keçiriləcək və iki ölkənin birgə komissiyası tərəfindən əlaqələndiriləcək.
Körpünün bərpa həcmini və üsullarını müəyyən edən protokol 2026-cı il mayın 4-də İrəvanda imzalanıb. Uraloğlunun sözlərinə görə, layihə İpək Yolunun tarixi irsinin qorunub........
