menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

“Dünyada yaşayan bütün azərbaycanlılar bilməlidi

15 0
03.01.2026

Prezident İlham Əliyev xalqımıza təbrik müraciətində valyuta ehtiyatlarımızın tarixi rekord həddə çatdığını, 80 milyard dollardan artıq olduğunu söylədi. Bildirdi ki, xarici borcumuz daha da aşağı düşüb, bu gün ümumdaxili məhsulumuzun cəmi 6,3 faizini təşkil edir. Ümumilikdə isə valyuta ehtiyatlarımız xarici borcumuzu 16 dəfə üstələyir.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin birinci yarımilində Ermənistanın dövlət borcu 5,3 trilyon dram, dollar ekvivalentində 13,85 milyard dollar təşkil edib.

Bu günlərdə isə məlum oldu ki, Ermənistanın xarici borcu ÜDM-dən daha sürətlə artır və proqnozlara görə, 2027-ci ilə qədər təxminən 55,4%-ə çatacaq. Dünya Bankının məlumatına görə, Ermənistan üçün bu nisbətin qırmızı xətti 60%-dir. Ölkənin maliyyə naziri Vage Ovannisyan bildirmişdi ki, dövlət borcu ilin əvvəli ilə müqayisədə 4,5%, dollar ifadəsində isə 7,9% artıb. 2026-cı ildə Ermənistan hökumətinin borcunun ödənilməsi və xidmətinə 1 trilyon 53 milyard dram tələb olunacaq. Yalnız faizlərin ödənilməsinə təxminən 1 milyard 100 milyon ABŞ dolları məbləğində vəsait sərf olunacaq. Ermənilər həyəcan içərisində “pis, çox pis yaşayacağıq”- deyilər. 

Bu mənada Azərbaycana həsəd aparanların sırasına kapitulyasiyaya imza atmış birinin də qoşulması təbiidir.

Dövlətimizin rəhbəri xalqa müraciətində də xüsusi vurğuladı: dünyanın aparıcı reytinq agentlikləri Azərbaycanın kredit reytinqini qaldırıblar. Bu, ölkənin bu gününə və gələcəyinə olan inamın məntiqi nəticəsidir. Ərazisi 17 milyon kv.km-dən artıq olan, böyük sərvətlərə malik Rusiyanın ehtiyatlarının həcmi 752,6 milyard dollar məbləğində hesablanıb. Belə birnəhənglə qonşu olan ölkəmizin valyuta ehtiyatlarının həcmi məmnunluq yaradır. Söhbət torpaqlarının 20 faizi 30 il işğal........

© Müsavat