menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Əbləhlərə bir fotoluq CAVAB

24 0
03.05.2026

Sosial şəbəkədə tez-tez yayılan bir foto var. Birinci Qarabağ müharibəsi zamanı işğalçı Ermənistan ordusu tərəfindən əsir götürülmüş azərbaycanlı hərbçiyə qarlı havada öz qəbrini qazdırırlar. Dəhşətli səhnədir, yəqin ki, həmin kadrdakı qəhrəman həmvətənimiz də bu günə qədər sorağı bilinməyən 4 min itkinimizin sırasındadır. Erməni faşistləri adamlarımızı öz torpaqlarında əsir götürür, qəbirlərini qazdırır, sonra da...Kim bilir, bəlkə gülləyə də ehtiyac durmayıblar, elə diri-diri basdırıblar...

Təkcə bu kadr, bu acı hekayə bəs etməliydi Azərbaycan və Ermənistana qiymət vermək, onlar arasında fərq qoymaq, seçim etmək üçün. Amma biz nələri gördük ötən illərdə?..Bu günə qədər ən müxtəlif səviyyələrdə haqsızlıqlara məruz qalmaqdayıq. Xocalıda dinc sakinləri müdafiə edərkən sonadək döyüşən, hətta əsir götürüləndə də əlindəki bayrağı düşmənə təhvil verməyən, xarici media təmsilçilərinin gözləri qarşısında sorğulanan, Vitali Balasanyan kimi, bu günədək İrəvanda şellənən canilərin şahidliyi ilə gedər-gəlməzə yola salınan Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun taleyi barədə əslində bu gün ölkəmizi ittiham edən paytaxtlar, təşkilatlar Ermənistan rəhbərliyinə suallar ünvanlamalı idi.

İsrailin HƏMAS əsirliyindəki vətəndaşları sonuncu ölü-dirisinə qədər geri qaytarıldı, amma Təl-Əviv bu günə qədər düşməninin başına od ələyir, beynəlxalq aləm də onun haqqını tanıyır, gözün üstə qaşın var deyən yoxdur. Amma Azərbaycanın 4 min vətəndaşı, uşaqdan qocayadək çoxsaylı insanı ilim ilim itirilib, Ermənistanı deyil, Azərbaycanı ittiham edirlər. İşğaldan azad olunmuş ərazilərdə onlarla kütləvi........

© Müsavat