Hörmüz: Şah Abbasın geopolitik zəfəri - Fars kör
Fars körfəzinin girişində bir ada var — Hörmüz.Ada kiçikdir, amma üzərində olan tarixin ağırlığı böyükdür.
Bu gün orada külək əsir, duzlu dəniz havası köhnə daş divarları yavaş-yavaş aşındırır. Bir zamanlar Hind okeanı ticarətinin taleyini müəyyən edən qala isə yarıuçuq vəziyyətdədir. Divarların arasında turistdən çox sükut dolaşır.
Beş yüz il əvvəl isə mənzərə tamam başqa idi.
XVI əsrin əvvəllərində Portuqaliya Hind okeanında böyük dəniz imperiyası qurmağa çalışırdı. 1507-ci ildə Portuqaliya admiralı Afonso de Albuquerque Hörmüz adasını ələ keçirdi və burada möhkəm hərbi qala tikdirdi.
Beləliklə, Hörmüz sadəcə bir ada yox, ticarətin qapısına çevrildi.
Hindistanın ədviyyəsi, İranın ipəyi, Orta Asiyanın malları, Avropanın gümüşü — hamısı bu dar boğazdan keçirdi. Boğaza nəzarət edən isə ticarətə nəzarət edirdi.
Şah Abbasın böyük planı
XVII əsrin əvvəllərində Səfəvi dövlətinin hökmdarı Şah Abbas bu........
