"Hörmüz blokadası Azərbaycanı böyük qalibə çevir
Deutsche Welle Azərbaycanı qalib elan edir: Hörmüz böhranı fonunda yeni geosiyasi reallıq
“Hormus-Blockade macht Aserbaidschan zum großen Gewinner” (Hörmüz blokadası Azərbaycanı böyük qalibə çevirir) başlıqlı təhlildə Almaniya mətbuatı Cənubi Qafqazın strateji əhəmiyyətinin kəskin artdığını vurğulayır
Cənubi Qafqazda baş verən son geosiyasi dəyişikliklər fonunda Azərbaycanın rolu Almaniya mətbuatında xüsusi diqqətlə təhlil olunur. Deutsche Welle tərəfindən dərc edilən readaksiya məqaləsi olan “Hormus-Blockade macht Aserbaidschan zum großen Gewinner” (Hörmüz blokadası Azərbaycanı böyük qalibə çevirir) başlıqlı analitik materialda İran ətrafında yaranan böhranın regionun strateji əhəmiyyətini kəskin şəkildə artırdığı vurğulanır. Yazıda qeyd olunur ki, İranın Hörmüz boğazını bloklaması qlobal enerji və ticarət marşrutlarını iflic edərkən, alternativ yolların əhəmiyyəti ön plana çıxır və bu kontekstdə Cənubi Qafqaz əsas tranzit zonalardan birinə çevrilir. Məqalədə bu fikir açıq şəkildə ifadə olunur: “Während der Iran den Handel durch die Straße von Hormus blockiert, bietet der Südkaukasus eine der wenigen stabilen Routen zwischen Asien und Europa” (İran Hörmüz boğazı vasitəsilə ticarəti bloklayarkən, Cənubi Qafqaz Asiya ilə Avropa arasında azsaylı sabit marşrutlardan birini təqdim edir).
Bu yanaşma........
