Siyasəti bazara çevirənlər
Dünyada cərəyan edən bəzi proseslərə diqqət yetirən zaman görürük ki, “quru” faktların siyasətə, habelə vətəndaşların davranış və seçimlərinə təsiri ildən-ilə azalır. Müasir cəmiyyətlərdə dəyərlər sistemi və təhlil bacarığı getdikcə bəsitləşir. Əvəzində isə siyasi münasibətlər “əlvan” emosiyalar ilə sürətlə zənginləşir. Məsələyə fəlsəfi yanaşsaq, həmçinin konkret siyasi proseslərin əsl səbəb və mənbələrinin xüsusiyyətlərini nəzərə alsaq, aydın olur ki, ictimai münasibətlərin siyasi müstəvisi son dövrlərdə sanki “rəngli” emosiyaların topdan satışı ilə məşğul olan “bazara” çevrilib. Hələ antik dövrün mütəfəkkirləri belə öz yazılarında təsadüfi və qeyri-peşəkar insanların siyasət ilə məşğul olmasının dövlət və cəmiyyət üçün təhlükəli olduğunu qeyd edirdilər. Siyasətdə peşəkarlıq amili bütün dövrlərdə düşünən beyinlərin diqqət mərkəzində olub. Bu gün isə, həmin o təsadüfi siyasətçilərin sayəsində peşəkarlıq amili nəinki, təhrif olunub, ümumiyyətlə gündəlikdən çıxarılıb.
Antik dövrünün mütəfəkkirləri nahaq yerə “təsadüfi” siyasətçilərdən narahat olmadıqlarını XXI əsrdə daha aydın şəkildə görə bilirik. Qlobal tendensiyaların təsiri altında dövlətlərin qanunvericiliyində baş verən ifrat liberallıq, demokratik dəyərlərin qərəzli şəkildə təhrif olunması, siyasəti hamı üçün əlçatan edən internetin, ələlxüsus sosial........
