DİQQƏT İRƏVANA! - 2-ci BÖLÜM
(ll bölüm)
Tarixi kontekst və texniki gerçəkliklər
Vəkilovların mülkü – İrəvanda yerləşən, yüksək zövqlə tikilmiş, ayrı-ayrı bölgələrdən gətirilmiş seçmə materiallarla ucaldılmış üçqatlı ev və yardımçı tikililərdən ibarət olub.
Əsasən İrəvan çevrəsindən (yaxınlarından) daşınmış materiallardan başqa, ağac materiallar (palıd, qozqara, vələs, fıstıq) – Vəkilovlara doğma Şəmşəddil meşələrindən (indiki Tovuz-Qazax bölgəsi), daşlar – İrəvanın ətraf dağlıq və bəzək daşları ilə zəngin ərazilərindən gətirilib.
Bəzi materiallar at arabaları ilə, bəzi hallarda (Trans-Qafqaz) dəmiryolu ilə daşınıb.
Naxışlı taxta şəbəkələr və ornamentli daş oymalar – dövrün zövqünə uyğun yerli ustaların əl, ağıl və ruhi gücüylə işlənib.
1920-ci illərdə sovetləşmədən sonra İrəvandakı bir çox azərbaycanlılara məxsus mülk:
• Dövlətləşdirilib (müsadirə olunub),
• Dağıdılıb və ya yenidən istifadəyə yönləndirilib.
Memarlıq baxımından praktika:
-Sökülən binaların saxlamalı və künc bağlama daşları – yenidən istifadə üçün ən yararlı materiallar sayılıb;
-Ən keyfiyyətli daşlar fasadların sütun bazalarında, karniz elementlərində, portal girişlərdə istifadə olunub;
-Şəbəkələr və bəzəkli ağac elementləri – daha çox interyer təmirində, pəncərə üstlüklərində, tavan naxışlarında və s. tətbiq edilib.
Gəlin bu məqamda, memarlıq araşdırmaçıları üçün maraqlı paralellər (ritorik suallar) qurmağa çalışaq:
-Hökumət binasının karnizlərindəki qəhvəyi və açıq-boz rəngli daş parçaları, öncəki mülklərdən daşınmayıbmı?..
-Yerli tuf daşı ilə yanaşı, gözəgəlməz yerlərdə istifadə olunan materialların ikinci dərəcəli daşlardan olması, onların sökülmüş tikililərdən gəldiyini göstərmirmi?..
-Əgər azərbaycanlı mülklərinin yeni fotoşəkilləri və ya planları tapılsa, Hökumət Evi və çevrədəki 100 yaşlı tikililərdə detallar ilə müqayisə aparmaqla bənzərliklər ortaya çıxarıla bilməzmi?..
(XX yüzilin sonlarında Qarabağdan talanıb........
© Müsavat
