Ölkənin 1 nömrəli İCRA BAŞÇISI
İki ilin sözü olar. “İçərişəhər” metrostansiyasının qabağından keçirdim. Qarşımda bir cavan gəlin 10-11 yaşlı oğlan uşağının əlindən tutub İstiqlaliyyət küçəsiylə üzüaşağı addımlayırdı. Bu zaman Bakı Şəhər İcra Hakimiyyətinin binasının saat qülləsinin zəng səsləri qəfildən ətrafa yayılmağa başladı. Uşaq bir növ diksindi. Binanın qülləsinə baxaraq, – Ana, bu nə səsdir? Bura haradır? - deyə həyəcanla soruşdu. Ana da onun saçını sığallayaraq, – Bala, bura Bakı meriyasıdır. Bax, Hacıbala burda oturur, - dedi.
İllər keçib. Hacıbala Abutalıbov isə vəzifəsindən çoxdan ayrılıb. Təqaüddədir. Mediaya inansaq, Azərbaycanın səfalı, təbiəti gözəl, havası, suyu saf guşələrindən birində yaşayır. Amma Bakı sakinlərinin yaddaşında xoş təəssüratlar qoyub gedib, hətta balacaların da.
58 illik həyatımda çox raykom katibi (sovet vaxtı belə adlanırdı bu vəzifə), Rayon İcra Hakimiyyətinin başçısı görmüşəm. Əvvəllər atama görə, sonralar isə AzTV-nin “Xəbərlər” proqramında çoxuyla birbaşa təmasda da olmuşam. O cümlədən Hacıbala müəllimlə də... Amma onu mənə tanıtdıran özü yox, Xalq şairi Qabilin diliylə desəm, Həmişəyaşar Prezidentimiz Heydər Əliyevin çox orijinal, müstəqil Azərbaycanın tarixində bu günəcən yeganəliyini qoruyub saxlayan sərəncamı olub – 1999-cu ilin iyul ayında imzaladığı "Suraxanı Rayon İcra Hakimiyyətinin müsbət iş təcrübəsinin yayılması haqqında" sərəncam.
O vaxtlar rayon tədbirlərindən hazırladığımız süjetlərdə icra başçılarını dəfələrlə göstərməyə meylli idik – aldığımız şirinliyə, yaxud da nəvaxtsa edəcəyimiz xahişlərə görə. Axı onlar atamın təbirincə desək, mikropadşahlar idilər. İcra başçısı qırmızı lent kəsən yerdə, çıxış edəndə, mükafat təqdim edəndə, barmağını silkələyəndə, əklil qoyanda... Sanki ondan başqa rayonda müsbət adam yox idi. İndi də elədir. İcra başçısı mütləqi-hakimdir.
Amma baş redaktorumuz Allahverdi Məmmədov hansısa şəxsi yox, onun gördüyü işləri təbliğ etməyi məsləhət bilirdi. “Görülən işləri versəniz, bu həmin rayonun rəhbərinin tərifi deyilmi?” arqumentiylə.
Gəlin Prezident sərəncamına təkrar nəzər salaq:
Suraxanı Rayon İcra Hakimiyyətinin müsbət iş təcrübəsinin yayılması haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Suraxanı rayonunda iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin........
© Modern.az
visit website