“Alə, Rəşad Məcid, vaxt tapdın vəzifədən çıxmağa?..”
1983-cü il idi. Orta məktəbi bitirmişdim. Azad həyata atılmışdım. Özümü çox azad hiss edirdim. Pul qazanmaq istəyirdim. Çünki cavan idim. Gənc yox e.., uşaq idim. Atam isə deyirdi ki, universitetə girməlisən! Ali təhsil almalısan! Sonra evlənməlisən! Uşaqların olmalıdır! Bir il sonra universitetdə oxuya-oxuya, sonu leytenant rütbəsiylə yekunlaşan hərbi kafedra ola-ola əsgərlik məsələsi ortaya çıxanda (1941-45-ci il müharibəsində ölənlərin nəvəsi yerində olduğumuzdan 18 yaşlı kişilərin qıtlığı idi. Məcbur olub institutda oxuyan 1965-1968-ci il təvəllüdlüləri də aparırdılar) – əsgərliyə getməlisən! – deyən atama qarşı gedə bilməzdim. Bilməzdim yox! Əleyhinə çıxmadım da... Çünki tək idim. Eksperimenti çox uşaq olanda edirdilər. Həm də bütün dediklərinin sonunda “nida” işarəsi vardı, “sual” işarəsi qoyub mənim fikrimi soruşmaq ağıllarından da keçmirdi. Mən isə oxumağın yox, Lenin babamın Azərbaycancaya tərcümədə yanlışlığa yol verildiyi “Oxumaq, oxumaq, yenə də oxumaq” yox, “Öyrənmək, öyrənmək, yenə də öyrənmək” kəlamının tərəfdarıydım. "İnsan ölən günə qədər öyrənir. Öləndə isə ölməyi öyrənir", - bu müdrik kəlam da görkəmli yazıçımız Seyran Səxavətə məxsusdur.
Orta məktəbi bitirən kimi atam – hələ o vaxt Əməkdar İncəsənət xadimi, Dövlət Mükafatı laureatı – başladı hərəkətə. Çox çətin idi o........
