menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Ən ucuz şey

12 0
thursday

Salih öldü. 58 yaşında.

Bu cümləni yazmaq nə qədər asandırsa, onu qəbul etmək bir o qədər çətindir. Çünki insan ölümü anlayan yeganə varlıq olsa da, heç vaxt ona tam inanmır. Ölüm bizə həmişə başqalarının başına gələcəkmiş kimi görünür. Öz dostunun, öz yaxınının, dünən danışdığı adamın yox.

Salih son axşam uşaqlıq dostları ilə saatlarla videozənglə danışmışdı. Hamını Trabzona çağırır, “yayda Çarşıbaşının yaylaqlarına çıxaq” deyirdi. Gülürdü, plan qururdu, gələcək zamandan danışırdı.

İnsan həmişə gələcək zamanda danışır.

Ölüm isə həmişə indiki zamanda gəlir.

Gecəyə doğru qəfil tər basır Salihi. Oğlu və həyat yoldaşı onu xəstəxanaya çatdırır. Ertəsi gün günorta reanimasiyada dünyasını dəyişir.

Bir gün əvvəl dostlarını Çarşıbaşının yaylaqlarına çağıran adam ertəsi gün həmin yaylalara baxan dağ qəbiristanlığına aparılır.

Həyat bəzən bir cümləlik məsafə qədər qısa olur.

“Yayda gələrsiniz” ilə “torpağa tapşırıldı” arasında cəmi bir gecə vardı.

Ölüm xəbərini mənə əvvəlcə qardaşı oğlu verdi. Sonra telefonlar susmadı. Dostlar zəng edir, tanışlar yazır, kim haradan gələcəyini bildirirdi. Türkiyədə və ümumiyyətlə klassik Şərq-İslam mədəniyyətində ölüm fərdi hadisə deyil. İnsan öləndə onu sadəcə ailəsi dəfn etmir.

İslam ənənəsində buna “ne’y” deyilir – ölüm xəbərinin yayılması.

Amma məqsəd sadəcə xəbər vermək deyil.

Məqsəd budur: “Bir insan dünyadan köçdü. Gəlin, onu tək buraxmayaq”.

İslam düşüncəsində ölünün diri insanlar üzərində haqqı olduğu qəbul edilir. Cənazədə iştirak etmək, dua etmək, halallıq almaq və vermək… Ölüm burada şəxsi faciədən çıxıb kollektiv məsuliyyətə çevrilir.

Sabahkı ilk təyyarəyə bilet aldım. Trabzon hava limanına........

© Modern.az