XƏTAİ YARADICILIĞINDA ATALAR SÖZLƏRİ VƏ MƏSƏLLƏR I Şah İsmail Hatayi Eserlerinde Ata Sözleri ve Mesellerin Önemi…
Xətai poeziyasının folklor qaynağıdan bəhs edərkən onun əsərlərində geniş şəkildə əks olunmuş atalar sözlərinə və məsəllərə ayrıca diqqət yetirmək lazımdır. Ən böyük hikmətləri çox sadə şəkildə izah edən atalar sözləri misilsiz bir hikmət xəzinəsidir. «Fikrin daim canlı olduğu, duyğu dolu bu hikmətlərdə xalq ruhunun axıcılığı, sərrastlığı, dərin və təsirli ifadəsi vardır. Xalq müdrikliyinin ən gözəl ifadəçisi olan atalar sözü və məsəllər birdən-birə yaranmır. Dilin tarixi inkişafı nəticəsində yaranaraq mənaca da bölünməz olan atalar sözləri bu dilin əski adət-ənənələrinə güzgü tutan mürəkkəb frazeoloji sistemiylə bütövləşmiş, onula iç-içə yoğrulmuşdur»
(Bəydili Atalar sözləri s.6)
Atalar sözü və məsəllərin ən böyük xüsusiyyətlərindən biri də mənsub olduğu toplumun inanc sistemi, davranış tərzi və ənənələrini özündə kompleks şəkildə əks etdirməsidir. Onlarda xalqın yüz illər boyu geçirdiği təcrübələr və bu təcrübələr nəticəsində nəticəsində meydana gələn dəyər, düşüncə, qənaətlər müşahidə olunur. “Atalarun sözü Qurana girməz, amma Quranla yalın-yalın yalışur” (Oğuznamə s.21) Atalar sözlərinin bu xüsusiyyəti şairlərin diqqətini cəlb etmiş, fikirlərini ifadə edərkən bildiyi və ehtiram göstədiyi güclü sözlərdən istifadə etməyə çalışmış, dönə-dönə müraciət etmişlər:
Səltənətü əmarətə eşq ilə təkyələnmə kim,
Beş gün imiş bu dünyanın səltənətü əmarəti.
(Nəsimi II, s.42)
Hər dərdsizdən umma, Füzuli dəvayi-dərd,
Səbr eylə, kim ki dərd veribdir, dəva verər .
(Füzuli s.138).
Burada məqsəd yazdıqları şeiri daha da təsirli etmək, ona estetik düzən vermək, fikri daha sadə və açıq şəkildə çatdırmaq, bəzən oxucuya öyüd-nəsihət və yaxud təsəlli verməklə bağlı olmuşdur.
Atalar sözü və məsəllərə müraciətin yazılı ortaq türk poeziyasında kifayət qədim tarixi vardır. İslami türk ədəbiyyatının ilkin nümunələrindən olan Yusif Xas Hacibin “Kutadğu-bilig” əsərində, Əhməd Yuknəkinin “Atabətül-həqayiq”ində, Mahmud Kaşğarinin “Divani-lüğətüt-türk”ündə çoxlu sayda atalar sözü və məsəllərə təsadüf etmək mümkündür. Ortaq türk ədəbiyyatının ən böyük abidələrindən olan “Kitabi-Dədə-Qorqud” dastanının bütün boylarında və “Oğuznamə”lərdə də atalar sözləri və məsəllər müşahidə edilir. Klassik Azərbaycan şairləri Qazi Bürhanəddin, Ş. İ. Xətai, M. Füzuli və başqaları xalq təfəkkürününün bu tükənməz xəzinəsinə dönə-dönə müraciət etmişlər.Atalar sözini tutmayan yabana atılur, azirətdə tamu əhlinə qatılur..
Xalq müşahidələrini, təsəvvür və təfəkkür tərzini, canlı məntiqini hifz edən və özündə aydınlığı, yüksək emosianallığı, ən başlıcası isə lakonizmi əks etdirən atalar sözlərinin əsas təsir gücü təsadüfi deyil, konkret şəraitdə bilinir. Yüzillərin təcrübəsindən doğan və dəfələrlə sınaqdan keçərək nəsildən nəsillərə ötürülən atalar sözləri Xətainin də diqqətində olmuş, yeri gəldikcə uğurlu şəkildə onlardan yararlanmışdır. Xətainin böyüklüyü ondadır ki, xalq təfəkkürünün məhsulu olan və qəlibləşmiş atalar sözlərindən istifadə edərkən texniki cəhətdən şeirin formasına heç bir xələl gəlmir, əksinə məzmun daha da zənginləşir, dolğunlaşır. Şair hazır formanı şeirə elə nizamlı şəkildə pərçim edir ki, hər şey yerli-yerində olur. Məs: “Gül tikansız olmaz” və yaxud “Gül istəyən, Tikanı da istəmək gərək”(Atalar sözü. Bakı, öndər nəşriyyatı, 2004, s.119)
Şəklində istifadə etdiyimiz atalar sözlərindən yararlanan şair onu dəfələrlə müxtəlif formalarda ayrı-ayrı əsərlərində istifadə etmişdir;
Bu cahanın bağçasında xarsız gülmi olur?
Dikənindən qorxar isən yeri gülzar istəmə
(Xətai s.177)
Həmdəmin daim rəqib olmuşdur, ey gül üzlü yar,
Xanda bir gül bitsə, lazımdır yanında xar ola.
(Xətai s.35)
Bu cəhanın bağçasında xarsız gülmi olur?
Tikənində qorxan isən, yeri, gülzar istəmə.
(Xətai s.158)
Görüb kuyində dildarın rəqibi çəkmə ğəm hərgiz,
Məsəldir: gül dərənlər ağlamaz gülşəndə xarindən.
(Xətai s.150)
Ey könül ol dilrübanın möhnətindən inçimə,
Kimsə kim, gül istər, ol qayramaz ola xar üçün.
(Xətai s. 141)
Xanda kim, məşuq ola, kuyində vardır yüz rəqib,
Xansı güldür kim, onun yanında bir xar olmadı.
(Xətai s.149)
Xalq müşahidələrini, təsəvvür və təfəkkür tərzini, canlı məntiqini hifz edən və özündə aydınlığı, yüksək emosianallığı, ən başlıcası isə lakonizmi əks etdirən atalar sözlərinin əsas təsir gücü təsadüfi deyil, konkret şəraitdə bilinir. Yüzillərin təcrübəsindən doğan və dəfələrlə sınaqdan keçərək nəsildən nəsillərə ötürülən atalar sözləri Şah İsmayıl Xətainin diqqətində olmuş, yeri gəldikcə uğurlu şəkildə onlardan yararlanmışdır. “Qoyunu qurda tapşırmazlar”. (Atalar sözü s.172) “Zər qədrin zərgər bilər, nə bilir hər divanə” (Ata s.,435, bakı,2013nurlan 476) “Altun qiymətin zərgər bilür” (Oğuznamə s.32), “Xalq bilməsə də, xaliq bilər”........© dibace.net





















Toi Staff
Penny S. Tee
Sabine Sterk
Gideon Levy
John Nosta
Mark Travers Ph.d
Gilles Touboul
Daniel Orenstein