Məhəmməd Füzulinin yaradıcılığında poetik fiqurlar
Açar sözlər: klassik poeziya, lirik növ,divan ədəbiyyatı, qəzəl janrı, mətinlə beyt, poetik təcrübə
Giriş: Uzun əsrlər boyu qəzəl lirik növün geniş yayılmış janrlarından biri kimi ərəb, fars və türkdilli xalqların poetik təcrübəsində lirik növün geniş yayılmış janrlarından biri kimi özünəməxsus yer tutmuşdur. İşlənmə səviyyəsinə görə qəzəl Şərq xalqlarının əbəbi-bədii yaradıcılıgında aparıcı janrlarından hesab olunur. Divan ədəbiyyatı tərtib edilmiş poetik janrlardan ibarətdir.
Şübhəsiz ki, Divan yalnız qəzəllərdən ibarət olmur, onun tərtibi prinsiplərində digər klassik janrlar da genis yer alır ” Divanda əsərlər adətən, bu qayda ilə tərtib edilir; əvvəl munacat sonra nət, daha sonra isə qəsidələr tərcibəndlər, tərkibəndlər, mürəbbelər, müxəmməslər. müsəddəslər, saqimələr və s. gəlir. Bölmələrin özləri də müəyyən qayda ilə qurulur; məsələn qəzəllər bölməsindəki əsərlər ərəb əlifbasına uyğun olaraq düzülür, yəni bu və ya başqa qəzəl qafiəsinin, yaxud rədifinin hansı həriflə qutarmasından asılı olaraq divanda əlifda sırasına uyğun yer tutur.
Divan əlifbasında qafiyənin rəngarəngliyinə böyük əhəmiyyət verilirdi. Şair məsələn, qəzəllərin qafiə və rədiflərin müxtəlif həriflərlə qutarmasına, yeni əsərdən-əsərə yalnız məzmunca deyil, qafiyələrin son hərifi etibarı ilə dəyişib yeniləşməsinə çalışırdı.
Qəzəl onun mənşəyi, bədii strukturu, əsasən Şərq xalqlarının ədəbi təcrübəsində qazanmış olduğu özünəməxsus özəlliklər uzun müddətdirki, elmi-nəzərin fikrin diqqət mərkəzindədir. Qəzəl yaranma və mənşə etibarıilə ərəb ədəbiyyatına aid olub, klassik yazılı ədəbiyyatın geniş yayılmış yanrlarından biri hesab olunur. Lirik növün aparıcı janrlarından olan qəzəl Yaxın və Orta şərq, Cənubi-Şərqi Asiya, həmçinin Azərbaycan poeziyasında ən çox işləklik qazanan nümünələrindəndir. Əruz vəzninin müxtəlif bəhrələrində yazılır. Qəzəl əsasən 5-12 beytdən ibarət olur. Qəzəlin ilk beyti mətlə,son beyti məqtə adlanır. İki misra beyt adlanır,Mətlənin hər iki misrası həmqafiyə olur. Qalan beytlərin isə sonu mətlə ilə qafiyələnir. Məqtədə şair təxəllüs və ya adını göstərir.
Azərbaycan poeziyasında ilk qəzəl nümunələri ərəb və fars dilində qələmə alınmışdır. Azadə Rüstəmova və digər tanınmış tədqiqatçılar qeyd edirlərki Azərbaycan ədəbiyyatında ilk qəzəllər XI əsrdə yaşayıb-yaratmış Qətran Təbrzliyə məxsusddur. XII əsrdə isə Fələki Şirvani, Mücirəddin Beyləqani, İzzəddiən Şirvani, Əbülüla Gəncəli, Xəqani Şirvani və Nİzami Gəncəvi fars dilində misilsiz qəzəl nümünələri yratmışlarş Azərbaycan dilində ilk qəzəlin müəllifi XIII ısrin sonları-XIV əsrin əvvələrində yaşamış Həsənoğlu olmuşdur.
Orta əsr Azərbaycan və müsəlman Şərqində lirik-rübabi şeirin böyük ustadı hesab olunan Məhəmməd Füzulinin poetik irsi uzun əsrlərdir ki, özünün sənət möcüzələri ilə oxucu qəlbinə yol tapır, hər dəfə onun yaradıcılıq dünyasına baş vuran araşdırıcılarının heyrətinə səbəb olur.
Təbii ki, bir sənətkar kimi Füzuli özünə qədərki ədəbi təcrübədən kifayət qədər faydalanan bir sənətkar idi. Bu mənada onu ənənəyə tamamilə yad bir qələm və düşüncə sahibi hesab etmək də doğru olmazdı. Ancaq Füzuli dühasının böyüklüyü və intəhasızlığı ondadır ki, o, ənənənin özünə orijinal məziyyətlər gətirə bilir, necə deyərlər, ona xüsusi bir yanaşma ilə yeni məzmun və ideya-sənətkarlıq məziyyətləri aşılaya bilir. Bunu konkret bir mövzuya müraciət nümunəsində yaxından müşahidə etmək olar.
Məlumdur ki, Şərq xalqlarının ədəbiyyatında ərəb əfsanəsi hesab edilən “Leyli və Məcnun” mövzusunda qələmə alınan çoxsaylı epik nümunələrə rast gəlmək olar. Bu mövzuların böyük əksəriyyətində əfsanəyə yeni məzmun və mündəricə gətirildiyini iqrar etmək çətindir. Füzulinin qələmə aldığı “Leyli və Məcnun” doğrudan da, əsil sənət əsəri kimi özünün orijinallığı, bənzərsiz sənətkarlıq məziyyətləri ilə seçilən bir poetik hadisədir. Poemanın uğurlu təminatını yalnız bir vasitə ilə izah etmək çətindir. Şairin yeri gəldikcə, ən müxtəlif bədii vasitə və üsullardan istifadə etməklə öz yaradıcılıq qayəsinə nail olması şübhəsizdir.
Füzuli qəzəllərində olduğu kimi, epik əsərdə də poetik fiqurlardan və təsvir vasitələrindən yaradıcı şəkildə istifadə etməyə nail olur. Buna nümunə olaraq təbiət təcəssümlərini göstərmək olar. Məcnunun dağ ilə söhbəti əslində onun öz eşqi yolunda çəkdiyi cəfaları daha qabarıq və təsirli şəkildə poetik ifadəsinə zəmin yaradır. Ovçu əlindən xilas etdiyi ceyranla bağlı səhnələr də Məcnun daxili-mənəvi aləmi, iztirab və sarsıntıları ilə üst-üstə düşməsi ümumi bir vəhdət yaratdığı göz qabağındadır. Bəzən təbiət təcəssümü müasir nəzəri ədəbiyyatlarda şəxsləndirmə ilə də əvəzlənir.
Burada mövzunun özünə gətirilən yeniliyi təkcə şairin öz dövrünün gerçəkliklərini epik nümunəyə gətirməsi ilə məhdudlşdırmaq olmaz. Əsərdə bütün bədii strukturu çevrələyən yenilik həm də bədiilik və obrazlılığın təminatçısı olan poetik fiqurlardan və təsvir vasitələrindən fəal şəkildə istifadə edilməsindədir.
Bədii təsvir vasitələrindən istifadə manerasına görə doğrudan da Füzuli yaradıcılığı özünün fərdi keyfiyyətləri ilə seçilir. Nəzəri ədəbiyyatşünaslıqda bədii təsvir vasitələri bir poetik fiqur olmaq etibarilə dilin imkanları ilə müəyyənləşməsi bu mənada doğru bir yanaşmadır.
Zəif və leksik tərkibi zəngin olmayan dil bədii təsvirin çeşidli nümunələrindən yararlanma imkanlarını heç bir vəchlə nümayiş etdirə bilməz. Bu doğru qənaətdir ki: “Bədii dil – xüsusi və yüksək ifadə mədəniyyətidir. Yazıçı ayrıca bir diqqət və məhəbbətlə sözləri seçib, bir-birinə quraşdıraraq dil mədəniyyətinə nail olur. Lakin dilin gözəlliyi heç də yalnız söszlərin təşkilindən asılı deyildir. Dil yazıçının dünyagörüşü ilə, fikir aləmi ilə bağlıdır. Fikir aydın olmadığı zaman, dil də aydın olmaz, fikir dolaşıq olduğu zaman, dil də dolaşıq olur. Yazıçının həyat təcrübəsi nə qədər geniş, müşahidəsi və fikri nə qədər sanballı olursa, onu dili də o qədər zəngin və tükənməz olur.
… Bu, dil mədəniyyətinin bir tərəfidir. Lakin bundan başqa, bir də söz ustalığı vardır ki, buna da yalnız sözün qiymətini və vəznini bilən sənətkarlar nail ola bilərlər.”
Klassik ədəbiyyat üzrə divan əədəbiyyatı sözlüklərində bədii təsvir vasitələrinin məcaz adı altında və məcazlardan istifadə edilməklə yaradılması........
© dibace.net
