menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

ARİF ABDULLAZADƏNİN “SINAQ KÜRƏSİ” ROMANI VƏ MÜƏLLİFİN ROMAN EKSPERİMENTİ

8 0
29.09.2025

XÜLASƏ

Təqdim olunan məqalədə alim-şair Arif Abdullazadənin (1940-2002) “Sınaq dünyası” romanı tədqiqata cəlb olunmuşdur. “Arzular”, “Könüllərin dünyası”, “Sevin Azərbaycanı!”, “Səninlə sənsiz”, “Bəxtimizin kitabı”, “Ulu Qorqud” və s. şeir kitablarının, “Şair Cəfər Cabbarlı”, “Şairlər və yollar”, “Od nə çəkdi…”, “Novatorluq və üslub” kimi monoqrafiyaların müəllifi kimi daha çox tanınan A.Abdullazdə həmçinin beş romanın müəllifidir. Onun roman yaradıcılılğı 1980-2000-ci illərdə qələmə alınmış beş romanı əhatə edir: “Bir ovuc torpaq”, “Duyum”, “İşıq zolağı”, “Sınaq kürəsi”, “Qanlı yaddaş”. 1984-1986-cı illərdə qələmə alınan “Sınaq kürəsi” romanı müəllifin izahına görə, uzun müddət nəşriyyatların diqqətini cəlb etməmiş, əsərdə səsləndirilən fikirlər redaktorlar tərəfindən birmənalı qarşılanmamışdır. Roman yalnız 2000-ci ildə “Azərbaycan” jurnalında işıq üzü görmüşdür. Yazıçın kitab halında çap olunmayan yeganə romanıdır. Romanda Sınaq kürəsinin əhalisinin məskunlaşması, zaman-zaman daha təkmil həyat tərzinə nail olması, çoxsaylı savaşlar, hakimiyyət iddiaları, dinlərə və fəlsəfəyə münasibət və zamanla kürə sakinlərinin yarılarını axtarmaq uğrunda çabalarının tükənməsi, tənhalaşma kimi məsələlər sanki Yer kürəsində bəşəriyyətin keçdiyi “təkamül” prosesini xatırladır. Roman müəllifin qeyd etdiyi kimi, olduqca mürəkkəb struktura və məzmuna malikdir. Min illər ərzində səslərin eksperimentləri nəticəsində formalaşmış Sınaq kürəsinin məhv olma səbəbi isə tənhalaşmadır. Ən maraqlısı da budur ki, “Sınaq kürəsi”ndəki yaşamla bərabər, müəllif əsərin yazıya alınma zamanına uyğun olaraq roman janrının tələbləri ilə bağlı eksperiment aparır və əsərin “müzakirəyə açıq” olduğunu qeyd edir.

Açar sözlər: Arif Abdullazadə, roman, eksperiment, qeyri-ənənəvi roman, nəsr

ARIF ABDULLAZADA’S “SINAQ KÜRƏSİ” (“TRIAL SPHERE”) NOVEL AND THE AUTHOR’S NOVEL EXPERIMENT

SUMMARY

The novel “World of Trials” by scientist-poet Arif Abdullazada (1940-2002) was involved in the research. A.Abdullazada, better known as the author of “Arzular”, “Könüllərin dünyası”, “Sevin Azərbaycanı!”, “Səninlə sənsiz”, “Bəxtimizin kitabı”, “Ulu Qorqud” and other books of poetry and monographs such as “Şair Cəfər Cabbarlı”, “Şairlər və yollar”, “Od nə çəkdi…”, “Novatorluq və üslub” is also the author of five novels. His novel activity includes five novels written in 1980-2000: “Bir ovuc torpaq”, “Duyum”, “İşıq zolağı”, “Sınaq kürəsi”, “Qanlı yaddaş”. His novel “Sınaq kürəsi”, written in 1984-1986, according to the author’s explanation, did not attract the attention of publishing houses for a long time, and the opinions expressed in the work were not well received by the editors. The novel was published in “Azerbaijan” journal only in 2000. It is the only novel by the writer that has not been published in the form of book. In the novel, such issues as the settlement of population of the Trial Sphere, achieving a more advanced way of life from time to time, numerous wars, claims to power, attitudes towards religions and philosophy, exhaustion of efforts to search for halves of inhabitants of the sphere over time, loneliness, as if remind of the process of “evolution” the humanity has gone through on the Earth. The novel, as the author remarks, has a rather complex structure and content. And reason of destruction of the Trial sphere, which has been formed over thousands of years as a result of experiments with sounds, is loneliness. The most interesting point is that, along with the life in the “Trial sphere“, the author provides an experiment on requirements of the novel genre according to the time of writing the work and remarks that the novel is ”open to discussion”.

Keywords: Arif Abdullazada, novel, experiment, unconventional novel, prose

Arif Abdullazadənin bədii, eləcə də publisitik yaradıcılığı mövzu baxımından rəngarəng olub, Vətən, doğma yurd, milli kimlik, mənəvi dəyərlər, insan yaşantıları, Yaradan və insan münasibətləri və s. kimi istiqamətlər daha çox diqqətimizi çəkir. Altmışıncılar ədəbiyyatı üçün xarakterik olan forma axtarışları, eksperimentçilik, intellektual və fəlsəfi poeziyanın üstünlüyü Arif Abdullazadənin yaradıcılığı üçün də keçərlidir. Ədib məhdud mövzu seçmir. Vətən, doğma yurd, milli kimlik, mənəvi dəyərlər, insan yaşantıları, Yaradan və insan münasibətləri, həyat və ölüm, tənhalıq və təklik Arif Abdullazadənin əsərlərində maraqlı poetik dillə oxucuya çatdırılır. Həmçinin ədibin poetik istedadı mövzular arasında kəskin fərqin ortaya çıxmasına imkan verməmiş, bəzən bir nümunə daxilində bir neçə mətləbi ustalıqla birləşdirməyə nail olmuşdur. A.Abdullazadənin 60-cı illərdən başlayan ədəbi fəaliyyəti sonrakı onilliklərdə yüksələn xətlə inkişaf etmiş, əsərlərinin mövzu və mündəricəsində nəzərəçarpacaq dəyişikliklər baş vermişdir. Xüsusilə, 80-ci illərdən başlanan milli azadlıq uğrunda mübarizə, Meydan hərəkatı, 1990-cı ilin 20 Yanvar hadisəsi, ermənilərin ərazi iddiaları, həmvətənlərimizin Qərbi Azərbaycandan dədə-baba torpaqlarından didərgin düşməsi, Qarabağ müharibəsi Arif Abdullazadənin yaradıcılığında əsas xətti – Vətən xəttini təşkil etmişdir. Onun son dövr yaradıcılığında peşmançılıq və kədər notlarının üstünlüyü Azərbaycan ədəbiyyatının həmin zaman kəsiyində tipik durumundan kənarda qalmır. Ənənəvi, çoxlarının müraciət etdiyi mövzularda yazmaq heç bir halda Arif Abdullazadənin yaradıcılığında təkrarçılıq və yeknəsəqliyə səbəb olmamış, şair özünəməxsus poetik təhkiyəsi ilə lirik və epik poeziya nümunələri yaratmışdır.

Qeyd etdiyimiz kimi, Arif Abdullazadənin yaradıcılığı çoxşaxəli olub, poeziya, nəsr, dramaturgiya kimi istiqamətləri özündə birləşdirir. Lakin nədənsə müəllif daha çox şair kimi tanınmış, yaradıcılığına münasibət əksər hallarda poeziyasına əsasən formalaşdırılmışdır. Abdullazadənin roman yaradıcılığı dağınıq da olsa tədiqata cəlb olunmuş, romanları haqqında ümumilikdə onun yaradıcılığından bəhs olunan məqalələrdə və romanların ayrılıqda təhlili verilmişdir. Məs, H.Nəsibova,........

© dibace.net