menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Elçin Muradxanlının “Küsmüşəm” Şeirinə bir baxış

5 0
21.03.2025

Giriş

Azərbaycan ədəbiyyatında sevgi, inciklik və insanın daxili hissləri hər zaman xüsusi yer tutub. Elçin Muradxanlının “Küsmüşəm” adlı şeiri də bu emosional ziddiyyətləri dərin bir poetik dillə ifadə edən əsərlərdən biridir. Bu şeir oxucuya sevgi və küskünlük arasında gedən incə psixoloji mübarizəni hiss etdirir. Burada küsmək təkcə bir emosional reaksiya deyil, eyni zamanda sevginin bir hissəsi kimi təqdim olunur. Barışma isdəyi ilə dolu bir əsərdir. Bu şeir, normal bir küskünlükdən daha çox, sevgi içindəki dərin duyğuları təsvir edir:

Bəhanə gəzmirəm səndən ayrılam,
Dırnaqdan təpəyə küsmüşəm səndən.
Hər sözə, hər şeyə sənə qırğınam
İnciyə- inciyə küsmüşəm səndə

Lirik qəhrəman hər şeydən küsdüyünü dilə gətirsə də, bu inciklik onun dərin sevgisindən xəbər verir. Elçin müəllimin bu şeiri ölməz türk şairi Nazim Hikmətin “küsmək nədir?” misralarını xatırlatdı. Nazim Hikmət yazır:”Küsmək nədir bilirsənmi? Küsmək dürüstlükdür… Uşaqcadır və buna görə safdır. Yalansızdır. Küsmək, səni sevməkdir, əl çəkməməkdir Mənasını ifadə edir küsmək. Hirsləndim amma burdayam, getmirəm, gedə bilmirəmdir, küsmək; nazlanmaqdır, yaxın hiss etməkdir, mənim üçün dəyərlisən deməkdir Küsmək; sevdiyini söylə deməkdir. Artıq anla deməkdir Küsmək; ümiddir, bəlkələri yox etməkdir, əmin olmaqdır.

Yəni demək istəyirəm ki: Mən səndən küsdüm!”(Nazim Hikmət)

Məlumdur ki,küsmək özü də dərin bir mənanı kəsb edir .Məhz şairin irroniya ilə deyil də dərin sevgi bağlılığının olduğunu görürük. Məhz Nazim Hikmətin şeirini oxuduqdan sonra ,Elçin Muradxanlının “Küsmüşəm” şeirinin mənasını dərk edə bilərik. Şeir dərin bir mənanı özündə ehtiva edir. Əsl sevgini dərk edən şəxslər,müəllifin bizə ötürmək isdədiyi mesajı dərk edə bilər:

Görəsən sən niyə beləsən axı?
Niyə bu tərsliyin bitmir, tükənmir?
........

© dibace.net