menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

VAQİF HÜSEYNOV- 90 - VAQİF YUSİFLİ yazır

17 0
20.05.2026

Sən çılğın bir həyəcandın, Dönüb necə sükut oldun?

Bu misraların müəllifi  mərhum şairimiz Vaqif Hüseynovdur. O, 1936-cı ildə Lənkəran rayonunun  Separadi kəndində doğulmuşdu. Orta məktəbi bitirdikdən sonra  ADU-nun filologiya fakültəsində  təhsil almışdı. Şeirə-sənətə həvəsi elə orta məktəb illərindən başlasa da, ilk şeiri tələbə ikən-1958-ci ildə «Azərbaycan gəncləri» qəzetində dərc edilmişdi. Vaqifin atası İbi kişi  müharibəyə gedib, qayıtmayıb. O ağrını yaşaya-yaşaya  Vaqif böyüyüb, yaşa dolub, dünyanın bundan da böyük ağrılarından keçib. Elə şairlik də bu ağrılardan doğub. Yuxarıda misal gətirdiyim misralar Vaqif «Atam yaşındayam mən» poemasındandır. Universiteti bitirdikdən sonra Vaqif Hüseynov Lənkərana qayıtmış, rayon qəzeti «Leninçi»də şöbə müdiri, məsul katib vəzifələrində çalışmışdı. Rayonda ədəbi mühitin canlanmasında Məmmədhüseyn Əliyev, Şəkər Aslan kimi tanınmış yazarlarla bir sırada onun da fəaliyyəti az olmamışdır.Sonra o, Masallıya köçmüş, jurnalistlik və naşirlik ıçaliyyətini rayon «Çağırış» qəzetində davam etdirmişdi.Bu qəzetdə şöbə müdirliyindən redaktoa vəzifəsinə qədər yüksəlmişdi. Onun redaktorluğu dövründə «Çağırış» qəzeti  «Pravda» qəzetinin baş məqaləsində təriflənmiş, Lenin yubiley medalı, Fəxri Fərman və respublika Jurnalistlər İttifaqının «Qızıl Qələm» mükafatına layiq görülmüşdü. Yaxşı xatırlayıram ki, o dövrdə «Çağırış» qəzeti nəinki Masallıda, bütün respublikada şöhrət qazanmışdı. Vaqif Hüseynov rayonda yaşayan bütün qələm əhlilərini bu qəzet ətrafında toplayır, rayonun ictimai həyatı, ziyalı mühiti ilə bağlı yazılar dərc etdirirdi. Mən onda orta məktəbdə oxuyurdum və ara-sıra «şeirlər» də yazırdım.  Bu «şeirlər» adicə nəzmkarlıq nümunələriydi, ancaq o zaman mənə elə gəlirdi ki, o qəzetdə «şeirim»........

© Ədalət