Seçilmişlərdən olmaq şərəfi - Əbülfət Mədətoğlu yazır
Adi insanlardan fərqli olaraq dövlətdə, cəmiyyətdə müəyyən mövqe tutan, imtiyaz sahibi olan adamlar barəsində düşünəndə, danışanda həmişə qarşı tərəfdən müəyyən bir reaksiyanın olacağı qaçılmazdır. Çünki müdriklərin dediyi kimi, «beş barmağın hamısı bərabər deyil». Deməli, bu mənada mənim, sənin, bizim öz baxış bucağımız var və biz də həmin o baxış bucağından dünyaya, ətrafımıza, yaşadığımız gerçəkliklərə baxırıq. Elə o baxış da bizlərdə fikir formalaşdırır…
Mən onunla ilk dəfə indi tarixin arxivində adı kiflənən Şaumyankənddə, yəni bu gün gerçək və halal adına qovuşmuş indiki Ağcakənd qəsəbəsində qarşılaşmışdım. Biz bir qrup tələbə Ağcakəndə gəzməyə getmişdik və orada öyrəndik ki, rayon komsomol komitəsinin 2-ci katibi azərbaycanlıdır. Bu bizim üçün çox maraqlı idi, çünki sovet hökumətinin "erməniləşdirdiyi" və ermənilərin də çoxluq təşkil etdiyi bu rayonda azərbaycanlının müəyyən mövqe qazanması həmişə problem olubdur. Elə mənim doğulduğum Hadrut rayonunda da vəziyyət belə idi. Bu ilk təəssüratdan sonra onunla qarşılaşmağımın ikinci ən böyük məqamı Dağlıq Qarabağda Xüsusi idarənin fəaliyyət dövrünə təsadüf edir. Belə ki, həmin vaxtı İrşad müəllim artıq ləğv edilmiş və Qasım İsmayılov rayonuna birləşdirilərək yenidən formalaşdırılıb Goranboy adlandırılan rayon Partiya Komitəsinin birinci katibi idi.
Bəli, ilk təqdimatları ona görə önə çıxartdım ki, barəsində fikirlərimi bölüşmək istədiyim İrşad müəllimi necə, hardan tanıdığımı bir balaca sizlərin nəzərinə çatdırım. Çünki tələbəlik illərimizin gözəl anlarının şahidlərindən olan və mənə son dərəcə doğma münasibət........
© Ədalət
visit website