Biri Səsdi, biri Sözdü qolboyun - Əbülfət MƏDƏTOĞLU yazır
Ustadım Seyran Səxavətin şeirini işığında Dədə Süleymanın Ruhuna...
Bu bir həqiqətdir ki, sözlə musiqi həmişə bir-birini tamamlayıb. Ona görə də söz olan yerdə musiqinin, musiqi olan yerdə sözün at oynatması təbiidir. Təbii olan isə həmişə ruh oxşayır, könül sevindirir. Bax, bu mənada hər dəfə kökləndiyim musiqinin sözünü də özümdən asılı olmadan gözüm, könlüm axtarıb tapır. Yəqin ki, siz də beləsiniz. Əgər bir anlıq gözümüzü yumub həmin musiqini dinləsəniz, o səsin də sizin yanınızda olduğuna, sizinlə çiyin-çiyinə dayandığına əmin olacaqsınız... Yəqin ki, Seyran Səxavətin xanəndələrimizin, müğənnilərimizin ifasında səslənən şeirlərini dinləmisiniz. Və onun musiqiyə necə yatdığını da hiss edib yaşamısınız.
Bugünlərdə Seyran Səxavətin ilk kitabı diqqətimi çəkdi. Əl boyda olan kitabı vərəqləyəndə, yəni «Mənim planetim»lə tanış olanda yenə həmin musiqinin kitabxanama axıb gəldiyini hiss etdim və elə həmin ovqatla da «Bir şairin bir şeiri» layihəmin mövzusunu tapdım. Bu mövzu da Seyran Səxavətin «Həzin-Həzin»i oldu. Şair yazır ki:
Tarını götürüb düşdün canıma,
Nidalar gözümə göründü, qardaş.
Xallar damarımdan keçib qanıma,
Bütün bədənimi süründü, qardaş.
Misralar tarın sədaları altında artıq mənim də içimdə sürünürdü, məni də çəkib aparırdı o simə tərəf, o barmaqlara tərəf, o avaza tərəf və elə bilirdim ki, həqiqətən o tarı sinəsinə sıxan adamla, o ifaçı ilə üz-üzə dayanmışam. Hətta onun başını tara necə söykədiyini, gözlərini necə yumduğunu hiss edirəm, görürəm. Və bu ovqat da məni sözün meydanına tərəf çəkir. Həmin an böyük xanəndəmiz, mərhum və unudulmaz İslam Rzayev yazılmış misralarımı düşünürəm. Elə bilirəm ki, o tarın sədasında bu misralar da ruha xoş gələr:
mən bu səsin işığını görürəm
bu səs........
