menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

İran Turandır!

9 0
18.05.2025

İran-Acem şahı (Pezeşkian)Turana/Azərbaycana geldi.
İran şahı (Pezeşkian) da Türk , Turan/Azərbaycan şahı (İlham Əliyev) da Türk.

Tarix hər zaman belə davam etdi. İran coğrafiyasında TuranŞahlar dövlət qurdu. İran Turanın bir parçası oldu.

İslam öncəsi tarixlərdə Əhəməni və Sasanlı fars dövlətləri istisna olmaqla və İslam dönəmi çağlarından başlamış XX əsrin əvvəllərinə qədər (X-XX) İranda da Türklər hakim oldu, Turanda da Türklər hakim oldu.

Yalnız Əhəməni, Sasanlı, Rza Şah ve Şiyə molla hakimiyyətini çıxmaqla, minilliklər boyu İran Türk xalqının, Türk dövlətinin vətəni oldu.

Ancaq biz Türklərin Tarix zehniyyətində böyük yanlışlıqlar, çatlaqlar, əksikliklər var.

Biz Türklər İranı modernizm çağından etibarən Batı Tarix perspektivindən yorumladıq, İrana Batı perspektivindən baxdiq, Batı Tarix görüşləri ilə İranı Fars mərkəzli dövlət, ölkə kimi qavradıq ki, Batının da istədiyi məhz bu idi. Batı tarixçiliyi İranı Aryanlarin, Farsların hinterlandı kimi təqdim etdi, bir Fars İran anlayışı yaratdı , biz də bunu mənimsəyib İrana farslarin ölkəsi kimi baxmağa başladıq. Bizim yanlışımız da məhz budur. İrana Batının gözündən baxmaqdır.

Batı Fars tarixini, Fars dövlöt ve din tarixini şişirdib güncəllədi, Türk tarixini, Türk imperatorluqlarını , Xaqanlarını isə kiçiltdi, basdırdı , tarixin alt qatlarına itələdi.

Farsları mərkəzə qoyan Batı mərkəzli tarix anlayışından imtina edib İrana, İran Tarixinə Türk mərkəzli Tarix anlayışından baxdıqda, İran Tarixini Türk mərkəzli perspektivden yorumladıqda başqa mənzərə açılır.
Türk perspektivindən baxdıqda görəcəyik ki, İran Türklərin vətəni, Turan Şahların ölkəsidir. Farslar da gilək, lar, lor, mazandarani, bəxtiyari, kürd, talış, bəlluc, ərəb kimi İrandakı azınlıq qruplardan biridir.

Farsları İran Tarixinin mərkəzinə qoyub, mərkəzçi güc edən Batıdır. Son yüz ilin Modern İranını Farslar yox, İngilislər inşa etmişlər. İranı Fars mərkəzli ölkəyə Batı çevirmişdir.

İran Şahlar da Türkdür ,
Turan Şahlar da Türkdür ,
Səfəvi də Türkdür, Osmanlı da Türkdür.
Türkiyə, Azərbaycan da Türkdür, İran da Türkdür.

Bizim məsələmiz Fars mərkəzli İranı Türk mərkəzli İrana çevirməkdir.

Avşar türk dövləti ilə Qacar türk dövləti arasında 47 illik bir qırılma var.

Türk olmayan, əslən
İran -Əfqan kökənli Zənd dövləti Avşar dövlətini yenib İranı ələ keçirmişdi. 47 il İran dövlətini əldə tutdular. Qacar Türk tayfası Zəndləri yendi və İranda Türk dövlətini bərpa etdi.

1925 – də başda İngiltərə olmaqla, 19 yüzilliyin sonlarından etibarən........

© Turkish Forum