CAVAD HEYƏTİN DÜNYAGÖRÜŞÜNDƏ TÜRKÇÜLÜK, AZƏRBAYCANÇILIQ VƏ İRANÇILIQ MƏSƏLƏLƏRİ
CAVAD HEYƏTİN DÜNYAGÖRÜŞÜNDƏ TÜRKÇÜLÜK, AZƏRBAYCANÇILIQ VƏ İRANÇILIQ MƏSƏLƏLƏRİ
Faiq Ələkbərli
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutu,
“Türk xalqlarının fəlsəfi fikir tarixi və
müasir fəlsəfəsi” şöbəsinin müdiri
(Bu sislilə yazılar Azərbaycan Türk mütəfəkkiri, türkoloq Cavad Heyətin anadan olmasının 100 illik yibileyinə həsr olunur)
Azərbaycan Türk mütəfəkkiri, türkoloq Cavad Heyət (1925-2014) 1925-ci ildə Təbrizdə anadan olmuşdur. O, ilk və orta təhsilini Təbriz, Həmədan və Tehranda almışdır. Tehranda orta məktəbi bitirdikdən sonra, Tehran Universitetinin tibb fakültəsinə daxil olmuşdur. Ancaq çox keçmədən tibbi təhsilini İstanbulda (1943-1946) davam etdirmişdir. Əmək fəaliyyətinə 1946-cı ildə İstanbul Universitetində başlayan Cavad Heyət 1949-cu ilədək burada cərrahlıq klinikasında çalışmış, daha sonra ixtisasını təkmilləşdirmək üçün Parisə getmiş, Paris Universitetinin cərrahlıq kafedrasında işləmişdir. O, 1952-ci ildə yüksək dərəcəli cərrah ixtisasına yiyələnərək İran adlanan ölkəyə qayıtmış, 1953-cü ildən Tehranda “Hidayət” və “Ədliyyə” xəstəxanalarında cərrahlıq klinikaları quraraq onlara rəhbərlik etmişdir. Doktor Cavad Heyət İran adlanan ölkədə eksperimental cərrahiyyənin təməlini qoymuşdur. 1954-cü ildən etibarən ürək üzərində apardığı əməliyyatlar onu istedadlı cərrah kimi tanıtmışdır. Doktor Cavad Heyət 1954-cü ildə qapalı ürək əməliyyatı, 1962-ci ildə isə “İran”da ilk dəfə açıq ürək cərrahiyyəsini uğurla həyata keçirib. Bundan sonra o, “İran”da ilk dəfə ürək qapaqlarını dəyişdirmə, heyvanlarda ürək dəyişdirmə, Tehranda ilk dəfə insanda böyrək dəyişdirmə əməliyyatını uğurla həyata keçirdiyinə görə “Birinci Dərəcəli Əmək Ordeni” ilə təltif olunub. Tibb sahəsində qazandığı nailiyyətlər Cavad Heyətə geniş şöhrət gətirmişdir. C.Heyət təbabətə dair qiymətli araşdırmaların müəllifi kimi də tanınırdı. Onun kitabları tibb sahəsində yazılmış dəyərli vəsait kimi mütəxəssislər tərəfindən daim yüksək qiymətləndirilmişdir. Bir sıra beynəlxalq elmi forumlar və toplantılarda öz təcrübəsinə əsaslanaraq dərin məzmunlu məruzələrlə çıxış etmiş alimin 100-dən artıq məqaləsi müxtəlif tibb jurnallarında işıq üzü görmüşdür. Heyət uzun müddət cərrahlığın tədrisi və cərrahların yeni nəslinin formalaşdırılması ilə məşğul olmuşdur .
Heyət bütün həyatını və fəaliyyətini əsasən cərrahlığa, həmin sahə üzrə araşdırmalara sərf edərək “İran”da nəzəri və eksperimental cərrahiyyənin əsasını qoymuş, elmi-nəzəri və əməli uğurlarına görə 1983-cü ildə Paris Beynəlxalq Cərrahlıq Akademiyasının üzvü seçilmişdir . Bundan sonra 8 ildən artıq Tehranda Azad İslam Universitetinin cərrahiyyə kafedrasına rəhbərlik edib. O, farsca cərrahlıqla bağlı üç cildlik dərslik kitabının........
© tarihistan.org
