menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Üçbucaq

15 0
wednesday
Üç həmkəndlidilər, adətən, Bakının çayxanalarında görüşürlər. Görüşüb həmişəki kimi, gəlmişdən-getmişdən söhbət eləyirlər. Özü də görüşəndə üçü də bir-biri ilə qucaqlaşıb öpüşürlər. Adətən, söhbəti kənddən gələn xəbərlərdən, kənddə olmuş maraqlı əhvalatlardan başlayırlar. 
Bu dəfəki görüşü də nə vaxtsa kəndlərində olmuş əhvalatdan başladılar. 
Həmin əhvalatı siz də eşidin. Deyir, Saleh bir gün arvadla dalaşır. Arvadı deyir, səni mən kişi eləmişəm. Kənd yeridi dəə, bu da içən adam, dəli olur. Deyir, aaz, məni nətəri kişi eləyibsən, de görək? Arvad da qayıdır ki, sənə ərə gələndə evin bomboş idi, cehiz gətirib evini doldurmuşam. Saleh ürəyində deyir, yaxşı, məni kişi elədiyini sənə göstərərəm. Qəsdən özünü mübahisədə uduzmuş kimi göstərib evdən çıxır. Axşamüstü qayıdanda baxır ki, evdə heç kim yoxdu. Arvadının fəxrlə onun başına qaxdığı yorğan-döşəyi, qaz tükündən düzəldilmiş balıncları, paltar şkafını-zadı sürüyüb çölə çıxarır. Altdan mebelləri, üstündən də yorğan-döşəyi yığıb üstünə nöyüt tökür, altınnan da bir spiçka! Alov göyə qalxır. Soyuq hava, kəndin uşaqları isinməyə yer axtarır, biri-birini çağırırlar ki, ayə, gəlin, Saleh əmi ocaq qalayıb. 
........

© Qaynar