Kölgə məktəbləri...
İlin bu vədələrində jurnalistlər də şərhlərilə gərgin durumu bir az da gərginləşidirir, məsələn, elə hey "kirayə mənzil bazarı od tutub yanır!” deyirlər. Əslində çox da şişrtmir, təhrif etmirlər, vəziyyət elə həqiqətən də təxmini belədir. Görünür, heç olmasa, güzəştli tələbə şəhərcikləri haqda ciddi düşünməyin vaxtıdır.
Sadəcə, "od” məsələsi bir az adamı dilxor edir. Bilmirəm, qədim zərdüştülükdən - atəşpərəstlikdəndir, yoxsa qeyri səbəbdən, amma bir daha deyirəm ki, dördüncü hakimiyyət təmsilçiləri "od” kəlməsindən istifadə etməyi çox sevirlər.
Digər məsələlər bir tərəfə, hətta bir də görürsən "kimsə sərt danışdı” əzvəzinə "filankəs od püskürdü!” söyləyirlər. Belə başlıqları görəndə şəxsən oxucu kimi düşünürəm ki, əcəba, görən, od bunların harasından çıxır? Həm də "od püskürüb” neyləyəcəklər? Məsəl var: sirkə tünd olub qabını sındıracaq! Burada yadıma Bulat Okucavanın çox məşhur "Kağız əsgər” nəğməsi də düşür...
Nə isə. Sözüm bunda deyil. Təhsilimizlə bağlı bir-iki qeydim var və bəri başdan deyim ki, onuncu sinifdə (1982-ci il!) respublika riyaziyyat........
© Qaynar
